İQTİSADİYYAT


Dövlət Neft Fondunun səhm alışı artıb

Bakı, 4 may, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) səhm bazarına investisiyaları artırıb.

AZƏRTAC ARDNF-in cari ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, aprelin 1-nə fondun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 64 faizi istiqrazlar və pul bazarı alətləri, 17 faizi səhmlər təşkil edib.

Ötən ilin sonunda isə Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətləri 63,8 faizlik, səhmlər 15,9 faizlik paya sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.