ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universiteti tələbələrinin istehsalat təcrübəsindəki fəaliyyəti müzakirə edilib

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UniLab” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektor müavini Ülviyyə Abbasova görüşün məqsədi və müzakirə olunacaq məsələlər haqqında məlumat verib.

Beynəlxalq əməkdaşlıq şöbəsinin layihələr üzrə koordinatoru Leyla Nağıyeva “UniLab” layihəsi haqqında ətraflı danışıb. Layihə çərçivəsində tələbələrin istehsalat prosesindəki fəaliyyətinə xüsusi diqqət ayrıldığını vurğulayıb.

İctimaiyyətlə əlaqələr və Marketinq departamentinin bölmə rəhbəri Şahin Göyüşov tələbələrin istehsalat təcrübəsindən və təcrübə müddətində qarşılaşdığı çətinliklərdən söz açıb.

Sonra təcrübə rəhbərləri və sonuncu kurs tələbələri pandemiya şəraitində istehsalat təcrübəsindəki fəaliyyətlərindən danışıblar. Görüşdə, həmçinin müəssisələrdə təcrübəyə cəlb edilən tələbələrin əsas çətinliklərindən, nəzəri və praktiki bazanın vəhdətinin əhəmiyyətindən, eləcə də müəssisələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsindən danışılıb, bu prosesdə müəssisə və universitet birliyinin nə qədər mühüm rol oynadığı vurğulanıb.

Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.