CƏMİYYƏT


Dövlət Sosial Müdafiə Fondunda DOST könüllülərinə sertifikatlar təqdim olunub

Bakı, 25 noyabr, AZƏRTAC

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 3 ay fəaliyyət göstərən DOST könüllülərinə sertifikatlar təqdim olunub.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, bu müddətdə DOST könüllüləri ayrı-ayrı departamentlərdə təcrübə keçiblər. Onlar layihələrin idarə olunması, sosial ödənişlərin təyinatı prosesində təcrübəçi kimi iştirak edib, vətəndaş müraciətlərinin cavablandırılması və monitorinqlərin aparılmasına cəlb olunublar.

Əsasən maliyyə, hüquq və iqtisadi sahədə təhsili olan könüllülər fondda onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib, gələcək karyeralarında burada qazandıqları təcrübədən bəhrələnəcəklərini vurğulayıblar.

Sonda 23 nəfər Layihələrin idarə olunması departamentində, 1 nəfər Sosial ödənişlər departamentində, 9 nəfər İctimaiyyətlə əlaqələr departamentində, 2 nəfər Vətəndaşların qəbulu departamentində səmərəli fəaliyyətlərinə görə sertifikatlarla təltif olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, könüllülərdən 3-ü Dövlət İmtahan Mərkəzi ilə Dövlət Sosial Müdafiə Fondunun birgə fondun Bakı şəhərində yerləşən struktur bölmələrindəki müvafiq vakant vəzifələrə işə qəbulla bağlı keçirdiyi imtahanda iştirak edərək müvəffəqiyyət qazanıb. Digər könüllülər isə fondun mərkəzi filiallarında işə qəbulla bağlı müsahibə mərhələsinə dəvət olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.