İQTİSADİYYAT


Dövlət Vergi Xidməti vergi və sosial qanunvericiliyə olunmuş əsas dəyişiklikləri şərh edib

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər təsdiq edilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəyişikliklər koronavirus (COVID-19) pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən, vergiödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı qanunvericilikdə müddəalar müəyyən edilib və ölkədə müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Əvəz Quliyev vergi və sosial qanunvericiliyə edilmiş əsas dəyişiklikləri şərh edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.