MƏDƏNİYYƏT


Dövlət “Yuğ” Teatrı yeni mövsümə premyera ilə başlayıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni mövsümə premyera - “Şəbədə” tamaşasının nümayişi ilə başlayıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa M.F.Axundzadənin “Mürafiə vəkillərinin hekayəti” pyesi əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Məryəm Qələndərlidir.

Janrı mərhəmətsizlik aktı olaraq müəyyənləşdirilən “Şəbədə”də Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev, Amid Qasımov, Ziya Ağa, Elçin Əmirov, Mətanət Abbas, Ləman Mərrih və Günəş Mehdizadə çıxış ediblər.

Tamaşanın ideyası belədir: “Mənəviyyatın çözə bilmədiyini heç bir ədalət məhkəməsi çözə bilməz!"

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.