İQTİSADİYYAT


Dövlət büdcəsinin gəlirləri 13,9 milyard manat, xərcləri 14,1 milyard manat olub

Bakı, 14 avqust, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2020-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 13 milyard 960,2 milyon manat, xərcləri 14 milyard 142,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 182,4 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,5 faizi qədər kəsir yaranıb.

2020-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 12 milyard 75,9 milyon manata, xərcləri isə 7,1 faiz artaraq 11 milyard 730,8 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 345,1 milyon manatlıq profisit ümumi daxili məhsulun 1 faizinə bərabər olub. Daxilolmaların 20,75 faizi əlavə dəyər vergisi, 12,42 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,67 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,65 faizi fiziki şəxslərin gəlir vergisi, 3,48 faizi aksizlər, 1,39 faizi sadələşdirilmiş vergi, 1,85 faizi vergilərin digər növləri, 50,79 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib. Büdcə vəsaitlərinin 18,33 faizi təhsil və səhiyyənin, 17,06 faizi iqtisadi fəaliyyətin, 15,11 faizi ümumi dövlət xidmətlərinin, 14,33 faizi sosial müdafiə və sosial təminatın, 12,42 faizi müdafiə və milli təhlükəsizliyin, 22,75 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.