ELM VƏ TƏHSİL
“Dövlət qulluğu” jurnalının ikinci nömrəsi çapdan çıxıb
Bakı, 12 dekabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında dövlət qulluğuna hazırlaşanlar üçün “Dövlət qulluğu” jurnalının ikinci nömrəsini çap edib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, bu nömrədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu”, “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması”, “Dövlət qulluğuna qəbulun test imtahanı mərhələsi üçün proqramlar və test tapşırığı nümunələri ”, “Müsabiqəyə təqdim olunmuş vakant vəzifələrin siyahısı” və digər zəruri məlumatlar dərc olunub.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.