ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir

Bakı, 19 fevral, AZƏRTAC

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçirilir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 11:00-da başlanır və 3 saat davam edəcək. İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə Mərkəzin Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 93 namizədin iştirakı nəzərdə tutulur.

A növü üzrə olan imtahanı Mərkəzin saytında canlı izləmək mümkün olacaq.

İnzibati vəzifələrin B növünə aid olan vəzifələr üzrə imtahan isə kağız daşıyıcılar vasitəsilə Bakı şəhərində 8 binada keçirilir. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 533, BB qrupu üzrə 1466 olmaqla, ümumilikdə 1999 namizəd qeydiyyatdan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.