ELM VƏ TƏHSİL


Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanların nəzərinə

Bakı, 22 aprel, AZƏRTAC 

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər edilib.

“Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikası qanunlarının qüvvəyə minməsi ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin qanunvericilik proqramında dəyişikliklər edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib. Həmçinin “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə” “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” ilə əvəz edilib.

Test imtahanı proqramları haqqında daha ətraflı məlumatla DİM-in rəsmi saytında tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.