İQTİSADİYYAT


“Dövlət qulluqçularının etik-davranış qaydaları” mövzusunda onlayn seminar təşkil edilib

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın aidiyyəti bəndlərinin icrası məqsədilə “Dövlət qulluqçularının etik-davranış qaydaları” mövzusunda onlayn seminar keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik və Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının birgə təşkilatçılığı ilə baş tutmuş vebinarda qurumun etik məsələlər üzrə müvəkkili, dövlət qulluğu və kadrlar şöbəsinin müdiri Əsəd İsmayılov müntəzəm olaraq keçirilən belə təlimlərin “Dövlət qulluqçularının etik-davranış qaydaları haqqında” Qanunla müəyyən edilən normalara dair dövlət qulluqçularının maarifləndirilməsində vacib rol oynadığını qeyd edib. Təlimçi-ekspert Zaur İbrahimli isə etik-davranış qaydaları barədə təqdimatla çıxış edərək, bu sahədə mövcud qanunvericilik, etik-davranış qaydalarının əsas prinsip və məqsədləri, Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn etik vəzifələrlə bağlı nəzəri biliklər barədə danışıb, xidməti vəzifənin icrası ilə bağlı tələblər, etik-davranış qaydalarına əməl olunmasına nəzarət və digər mövzular barədə məlumat verib.

Vebinarda Energetika Nazirliyi və tabeli qurumların əməkdaşları, nazirlik yanında ictimai şuranın üzvləri iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.