Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Dövlətimizin başçısının səfəri muxtar respublika ictimaiyyətində böyük təəssürat yaradıb

Naxçıvan, 22 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muxtar respublikaya mayın 16-da səfərə gəlməsi ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan Naxçıvan Muxtar Respublikasının tarixinə daha bir əlamətdar hadisə kimi yazıldı. Dövlətimizin başçısının ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfər edib 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi Naxçıvanın sürətli sosial-iqtisadi yüksəlişinə verdiyi böyük töhfənin bariz nümunəsidir. Növbəti səfərində də Azərbaycan Prezidenti qədim diyarımızda müxtəlif sahələr üzrə həyata keçirilən kompleks quruculuq tədbirlərini yüksək qiymətləndirdi. Muxtar respublikanın ictimaiyyət nümayəndələri ölkə rəhbərinin Naxçıvana səfərinin xoş təəssüratlarını bizimlə bölüşdülər.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev: Prezidentin Naxçıvana hər səfəri muxtar respublikamızın daha da inkişafına əsaslı təsir edir, görülmüş işlər təqdir olunur, yüksək qiymətləndirilir, görüləcək işlərə stimul verilir, əlavə vəsaitlər yönəldilir.

Müstəqilliyin ölkəmiz üçün yaratdığı imkanlardan məqsədyönlü şəkildə istifadə olunması, düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dünyada rolunu və nüfuzunu artırıb. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və bu kursu qətiyyətlə həyata keçirən Prezident İlham Əliyev Azərbaycan Respublikasını Cənubi Qafqazın lider dövlətinə çevirib. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı iki dövlət proqramı uğurla və ən yüksək səviyyədə yerinə yetirilib, üçüncü proqramın icrası isə artıq yekunlaşmaq üzrədir.

Respublikamızın dinamik və hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikasının öz yeri və rolu var. Ötən illər ərzində qədim diyarımız çox böyük nailiyyətlər əldə edib. Dövlətimizin başçısı İlham Əliyev hər səfərində burada görülən işlərin yüksək məhəbbət və zövqlə yerinə yetirildiyini vurğulayır. Müxtəlif vaxtlarda edilən həmin səfərləri zamanı ölkə rəhbəri çıxışlarında deyib: “Blokada şəraitində yaşayan Naxçıvan böyük addımlarla irəliləyir. Çox sevinirəm ki, bu qədim diyar belə sürətlə inkişaf edir”, “Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan, sözün əsl mənasında, inamla və uğurla inkişaf edir”, “Burada hər bir sahədə gözəl inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar”, “Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”, “Naxçıvan çiçəklənən bir diyardır”. Bütün bunlar muxtar respublikada görülən işlərə Prezident İlham Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda verilən yüksək qiymətdir.

Dövlətimizin başçısı hər dəfə olduğu kimi, 2018-ci il səfərində də müxtəlif obyektlərin açılışında iştirak etdi, quruculuq işlərini həyata keçirənlərin əməyini yüksək qiymətləndirdi, razılığını bildirdi. Naxçıvan Müəllimlər İnstitutunun yeni binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri və ali təhsil ocağının kollektivi ilə görüşündəki çıxışında ölkəmizin müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılmasında Naxçıvanın rolu, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, qədim diyarın sürətli inkişafı, qazlaşdırılması və enerji ilə təminatı məsələləri, içməli su və avtomobil yolları layihələrinin uğurla yerinə yetirilməsi, sosial məsələlərin həlli, iqtisadiyyatın real sektorunun inkişafına göstərilən böyük diqqət, Naxçıvanın blokadadan çıxarılması istiqamətində atılan addımlar, bu yurdun təhlükəsizliyi və bu kimi digər mühüm məsələlərdən danışaraq qürurverici faktlarla görülən işlərin əhəmiyyətini qeyd etdi.

Ölkə başçısı Naxçıvan Muxtar Respublikasına səfərindən sonra muxtar respublika ərazisində sosial-iqtisadi inkişafın sürətləndirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi, Ordubad Su Elektrik Stansiyasının və Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərin davam etdirilməsi üçün, ümumilikdə, dörd sərəncam imzaladı, nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədilə 55 milyon manat vəsait ayrıldı.

Dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri bir daha onu göstərdi ki, bu gün qədim diyarımızda geniş quruculuq və abadlıq tədbirləri uğurla davam etdirilir, çoxsaylı infrastruktur layihələri reallaşdırılır, müxtəlif istehsal müəssisələri, sosial obyektlər, ali təhsil və elmi müəssisələr işə salınır, yeni iş yerləri açılır. Bütün bunlar isə muxtar respublikanın simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, onların sosial problemlərinin həllinə, elmin, təhsilin, mədəniyyətin inkişafına özünün müsbət təsirini göstərir.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə muxtar respublikamıza növbəti səfəri də əvvəlki səfərləri kimi siyasi, sosial-iqtisadi, hərbi və həm də ictimai əhəmiyyəti baxımından xeyli önəmli idi. Bu mənada, səfər zəngin təəssüratlarla yadda qaldı. Belə ki, Prezidentimizin 2018-ci il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərindən cəmi bir ay sonra Naxçıvana gəlməsi bu dəfə də ölkə gündəminin əsas siyasi hadisəsinə çevrildi. Ölkə rəhbərinin Naxçıvan, onun işgüzar sakinləri haqqında söylədiyi yüksək fikirlər qəlbimizi fəxarət hissləri ilə doldurdu.

Səfər zamanı müxtəlif təyinatlı obyektlərin açılışlarının olması muxtar respublikanın təhsil, tibbi və hərbi baxımdan maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində əldə edilən ən son nailiyyətlərin göstəricisi idi. Elə buradaca qeyd edim ki, hörmətli Prezidentimizin səfərdən qayıtdıqdan dərhal sonra imzaladığı dörd mühüm sərəncam nəqliyyat, enerji və su təsərrüfatı infrastrukturunun daha da möhkəmləndirilməsində böyük əhəmiyyətə malik olacaq, muxtar respublikamızın inkişafına yeni təkan verəcək.

Dövlətimizin başçısının, xüsusilə Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinə misilsiz töhfəsi səfər zamanı özünü bir daha qabarıq şəkildə büruzə verdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Naxçıvanda hərbi hissələrə baş çəkməsi və həmin birləşmələrin qüdrəti barədə səsləndirdiyi qətiyyətli fikirlər elə ilk gündən düşmən ölkənin mətbuatında və cəmiyyətində böyük vahiməyə səbəb oldu. Səfərdən iki gün sonra Ermənistanın müdafiə və xarici işlər nazirlərinin Naxçıvanla sərhəd bölgəsinə baş çəkmələri də həmin vahimənin təzahürü idi.

Nəhayət, Prezidentin səfəri həm də ictimai baxımdan öz əksini muxtar respublika əhalisinin yaddaşında daha bir əlamətdar hadisə kimi iz qoymasında tapdı. Dövlətimizin başçısının hər səfərinin gətirdiyi yüksək ovqat, onun bütün zəhmətkeş naxçıvanlıların əməyinə verdiyi yüksək qiymətdən doğan böyük sevinc hissi uzun müddət bizi tərk etməyəcək və yeni-yeni nailiyyətlərin qazanılması üçün stimul olaraq qalacaqdır.

Ehtiyatda olan polkovnik-leytenant Dilsuz Əliyev: Ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ordumuzun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Qürurla deyə bilərik ki, Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi günün tələbləri nəzərə alınaraq gücləndirilib, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın təhlükəsizliyinin qarantına çevrilib.

Həqiqətən də bu gün Naxçıvanın müdafiə qabiliyyəti yüksəlib, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə daha effektiv müdafiə sistemi qurulub. Əlahiddə Ümumqoşun Ordunun əməliyyat işləri üzrə hazırlığının daha da gücləndirilməsi məqsədilə çoxsaylı təlimlər keçirilib. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilib. Məhz bunun nəticəsində Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. Onu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da qədim diyarımıza səfəri zamanı bir daha vurğuladı ki, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Buna görə də hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalarla təchiz edilib. Bu mənada, təsadüfi deyil ki, həmin gün muxtar respublikaya səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə gələn ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla tanış olub.

Dövlətimizin başçısı Naxçıvanda hərbi infrastruktur quruculuğuna, onun müasir tələblər səviyyəsində yaradılmasına xüsusi diqqət yetirir. Mayın 16-da Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirakı, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olması bunu bir daha təsdiqləyir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib