İQTİSADİYYAT
Dubayın “Falcon Pack” şirkəti Azərbaycanda nümayəndəlik açmaq niyyətindədir
Bakı, 23 may, Ramiz Quliyev, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən XXI Azərbaycan Beynəlxalq Qida Sənayesi (“WorldFood Azerbaijan 2015” ) sərgisində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gəlmiş “Falcon Pack” şirkəti də öz məhsullarını nümayiş etdirir.
Şirkətin satış üzrə baş direktoru İbrahim Mustafa AZƏRTAC-a müsahibəsində bildirdi ki, təmsil etdiyi qurum bu sərgidə ilk dəfədir iştirak edir. “Falcon Pack” şirkətinin belə bir möhtəşəm beynəlxalq sərgidə iştirak etməkdə əsas məqsədi isə Azərbaycanda nümayəndəlik açmaqdır.
Baş direktor dedi ki, şirkət birdəfəlik qablaşdırma məhsulları və qab-qacaq istehsalı üzrə ixtisaslaşıb. Biz, həmçinin ərzağın qorunması üzrə yüksək keyfiyyətli məhsulların geniş çeşidinə malikik.
“Falcon Pack” şirkəti 2500-dən artıq çeşiddə məhsulun istehsalı üzrə nəinki regionda, həm də dünyada liderdir. Biz öz məhsullarımızı dünyanın 40-dan çox ölkəsinə ixrac edirik”, -deyə İ.Mustafa vurğuladı.