CƏMİYYƏT


Dunayda hava çirklənib

Budapeşt, 14 sentyabr, AZƏRTAC

“Greenpeace” fəalları bir neçə həftə ərzində Budapeştin Dunay hissəsində havanın keyfiyyətini ölçüblər. Ölçmələr göstərib ki, zəhərli maddələrin yol verilən konsentrasiyası xeyli artıb.

AZƏRTAC Macarıstanın "444.hu” portalına istinadla xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyi Macarıstanda il ərzində 1,5 min ölüm hadisəsini atmosfer havasında zəhərli maddələrin artması ilə əlaqələndirir. Təşkilatda xəbərdarlıq edirlər ki, vətəndaşların sağlamlığına təkcə azot-2-oksid deyil, həm də onun törəmələri ziyan vurur.

Ölçmələr üzrə müfəssəl laboratoriya hesabatları hələlik hazır deyil, lakin indinin özündə məlumdur ki, ziyanlı kimyəvi birləşmələrin yol verilən konsentrasiyası 1,5 dəfə çoxdur. Gözlənildiyinə görə, Dunayda havanın çirklənməsi intensiv çay gəmiçiliyi, o cümlədən atmosferə zəhərli işlənmiş qazlar buraxan köhnə nəsil sərnişin gəmilərinin sayının çox olması ilə bağlıdır

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.