CƏMİYYƏT
Dünya Skaut Komitəsinin yeni sədr müavini: Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminəm
Bakı, 18 avqust, AZƏRTAC
Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında Dünya Skaut Komitəsinə sədr müavini seçildim, çox həyəcanlıyam. Bakı konfransı skautinq tarixində ən genişmiqyaslı tədbirdir. Azərbaycan hökuməti bu konfransı yüksək səviyyədə təşkil etdi, işin öhdəsindən layiqincə gəldi. Bu münasibətlə Azərbaycan hökumətini təbrik edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qana Skautlar Assosiasiyasının prezidentinin keçmiş müavini, Dünya Skaut Komitəsinin yeni sədr müavini Cemima Narti bildirib.
Dünya Skaut Komitəsinin yeni sədr müavini azərbaycanlı skautların fəaliyyətini yüksək qiymətləndirib, gələcəkdə Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminliyini bildirib. O, Bakı konfransında skautlar üçün əlverişli şərait yaradıldığını vurğulayıb.