Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya azərbaycanlılarının I qurultayı qarşısında
HAMIMIZIN BİR VƏTƏNİ VAR...

Ötən yay Moskvada ölkəmiz üçün mühüm hadisə baş verdi – Ümumrusiya Azərbaycanlılar Konqresi təsis edildi. Respublikamızın hüdudlarından kənarda nüfuzlu Azərbaycan diasporunun - bu və ya digər ölkədə Vətənimizin, soydaşlarımızın xeyrinə yönəldilmiş siyasətin formalaşmasına kömək göstərməyə qadir Azərbaycan lobbisinin yaradılması üçün əsas ola biləcək diasporun

 yaradılmasına həmişə xüsusi əhəmiyyət verən Azərbaycan Prezidenti Heydər Əliyevin müdrikliklə və uzaqgörənliklə irəli sürdüyü dəyərli təşəbbüsü beləcə öz əməli təcəssümünü tapdı.

Zənnimizcə, Rusiya paytaxtında yaradılaraq Konqres adlandırılan və kortəbii surətdə meydana gəlmiş və Rusiya Federasiyasının müxtəlif bölgələrində hələlik çox pərakəndə halda mövcud olan ayrı-ayrı Azərbaycan mədəniyyət cəmiyyətlərini, dərnək və mərkəzlərini, dostluq cəmiyyətlərini və başqalarını özündə birləşdirən bu qurum yuxarıda deyilənlər baxımından məhz nəcib bir məqsədə - Rusiyanın bütün guşələrində, Konqresə daxil olmuş insanların çalışdıqları hər yerdə -  dövlət idarələrində, elmi, mədəni, ictimai, kommersiya və s. sahələrdə  Vətənimiz Azərbaycanı daha mütəşəkkil və daha layiqincə təmsil etmələrinə  xidmət göstərməlidir. Prezident Heydər Əliyev Konqresin təsis yığıncağında Rusiyada yaşayan həmyerlilərimiz qarşısında çıxış edərkən, onları Azərbaycanın məhz layiqli imicinin yaradılmasına istiqamətləndirmiş və bunun Azərbaycanla Rusiya arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsi üçün də vacib olduğunu nəzərə çarpdırmışdır.

        Lakin bu, bir də ona görə vacibdir ki, Rusiyadakı diasporumuz Azərbaycan dövlətinin ən yaxın xarici dayağıdır. O, Rusiya Federasiyasında ən gənc diasporlardan biri olsa da, belə deməyə əsas var ki, diasporumuz burada artıq təşəkkül tapmış və Rusiya cəmiyyətinin ayrılmaz sosial, etnik-mədəni tərkib hissəsi kimi tanınmışdır. Şübhəsiz ki, bu işdə Rusiyada kök salmış azərbaycanlıların həmin ölkə üçün ehtiyac duyulan yaradıcı potensialı üstün gəlmişdir. 

        Taleyin hökmü ilə doğma torpaqdan uzaq düşmüş soydaşlarımızın əksəriyyəti, məhz əksəriyyəti - bu torpaqla öz təbii əlaqəsini hiss etməklə və onun rifahı naminə imkan daxilində daha çox iş görməyə çalışmaqla yanaşı, öz qabiliyyətlərini, bacarıq və istedadlarını ikinci vətənləri olmuş Rusiyanın da rifahının yüksəlməsinə yönəldir, onun iqtisadiyyatının, elminin, mədəniyyətinin, özəl sektorunun inkişafına sərf edir. Bu insanların çoxunu həm rusiyalılar, həm də biz yaxşı tanıyırıq: onlar yaradılmış Konqresin özəyini təşkil edən Kərim Kərimov, Fərman Salmanov, Vahid Ələkbərov, Rüstəm İbrahimbəyov, Müslüm Maqomayev, Tahir Salahov və başqalarıdır.

        Bununla belə, həmyerlilərimiz arasında hələ nə qədər qeyrətli və çox-çox fəxr edə biləcəyimiz adamlar var ki, onları heç də hamımız tanımırıq. Rusiya bu insanları -  özünün yeni həmvətənlərini qəbul etmişdir və onlar da cəmiyyətin sosial, demoqrafik, təsərrüfat-iqtisadi, mədəni qurumlarında öz yerlərini getdikcə daha inamla tapırlar. Biz də bu yaxınlarda Moskvada görüşdüyümüz bu adamlardan bəziləri haqqında söhbət açmağı qərara aldıq.

        ... Ola bilsin, oxucu AZƏRTAC-ın belə bir xəbərini xatırlayır ki, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti artıq geniş şöhrət qazanmış onkoloq həkim, tibb elmləri doktoru, professor Məmməd Əliyev seçilmişdir. Hələ yaşı əlliyə çatmamış, çoxsaylı elmi əsərlərin müəllifi, bir sıra elmi şuraların və beynəlxalq elmi cəmiyyətlərin üzvü, Rusiya Prezidentinin İşlər İdarəsinin Mərkəzi klinik xəstəxanasının məsləhətçisi olan bu alimi həmkarları heç də təsadüfi deyil ki, qlobal elmi problemləri müstəqil surətdə araşdırmağa və həll etməyə qadir bir insan kimi səciyyələndirirlər. Rusiya Tibb Elmləri Akademiyasının M.Bloxin adına Onkoloji mərkəzinin aparıcı elmi əməkdaşı, burada təxminən on il fəaliyyət göstərən  həmyerlimiz belə araşdırmalardan birinə - sümük şişləri müalicəsinin yeni metodlarına görə ötən il üç nəfər məşhur alimlə - akademiklə birlikdə elm və texnika sahəsində Rusiya Federasiyasının Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Rusiya Prezidenti Vladimir Putinin bu nüfuzlu mükafatı professor Əliyevə təqdim etdiyi an  alimin iş otağında gördüyümüz fotoşəkildəəks olunmuşdur.

        Biz söhbət edərkən Mərkəzin əməkdaşları tez-tez buraya baş çəkirdilər. Məmməd Cavad oğlu onlardan bəzilərini – həmyerlilərimizi  məmnuniyyətlə bizətəqdim etdi.  Sən demə, burada 40-dək soydaşımız çalışırmış: professorlar Azər Şamilov və Bahadur Əliyev, tibb elmləri doktoru Azər Axundov, həkimlər – onkoloq İradəQuliyeva, stomatoloq Abbas Əhmədov... Bir də aspirantlar, doktorantlar, stajkeçənlər. Məmməd Əliyevin özü kimi, onların da, demək olar, hamısı  indiki Azərbaycan Tibb Universitetinin məzunudur. Onların bir qismi  burada, Mərkəzdə öz həmyerlisinin köməyi ilə ixtisasını artırdıqdan sonra vətənə dönəcəkdir...

        Professor Əliyev soydaşlara kömək etməyi normal bir iş sanır. O deyir:

        - Başqa cür ola da bilməz, axı, mənə də kömək ediblər. Doğrudur, cərrah peşəsini mənəilk dəfəvaxtilə Bakıda travmatoloq kimi tanınmış atam Cavad Əliyev öyrətmişdir. Sonra isə...

        Məmməd Əliyev müəllimləri haqqında minnətdarlıqla və qürurla danışır. Moskvada Nikolay Nikolayeviç Trapeznikov, ondan əvvəl isə Rəşid Talışinski, Cəmil Əliyev, - müsahibimiz Moskvaya məhz onun sayəsində gəlib çıxmışdır, - Əhliman Əmiraslanov... Onların hər biri Məmməd Əliyevin həyatının müəyyən mərhələlərində onun püxtələşməsinə, bir mütəxəssis kimi kamilləşməsinə hər vasitə ilə kömək etmişdir.

        Əlbəttə, Moskvanın tibb aləmində Məmməd Əliyev tək deyildir. Rusiyanın, bəlkə də, elə bir iri tibb ocağı yoxdur ki, orada azərbaycanlılar çalışmasınlar. Tibb elmləri doktoru, Seçenov adına Moskva Tibb Akademiyasının professoru, Burdenko adına Elmi Tədqiqat Neyrocərrahiyyə İnstitutunun aparıcı elmi əməkdaşı Svetlana Yusif qızı Qasımova 40 ilə yaxındır Moskvada işləyir. (Yeri gəlmişkən, daha bir həmyerlimiz – Kərim Həsənov həmin institutda direktorun müavini vəzifəsində çalışır). Rusiyada fəaliyyət göstərdiyi uzun illər ərzində cərrahiyyə zədələri müalicəsinin yeni metodlarını yaratmış, Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda sümük toxumalarının konservasiyası laboratoriyasına başçılıq etmiş professor Aydın İmaməliyev yüksək dərəcəli mütəxəssis kimi geniş şöhrət qazanmışdır. Soydaşımız, hazırda moskvada yaşayan Məmməd Baxşıyev də travmatologiya sahəsində axtarışlar aparır və doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Nəhayət, təəssüf ki, dünyasını dəyişmiş neyrocərrah Həbib Həbibovun vaxtilə necə böyük şan-şöhrət sahibi olduğu da yadımızdadır. Bu siyahını uzatmaq da olar...

        Fərəhli haldır ki, Moskvada görüşüb söhbət etdiyimiz soydaşlarımışın hamısı Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılmasını ürəkdən bəyənmişlər, artıq onun fəaliyyətində iştirak edirlər vəəgər hələlik iştirak etmirlərsə, bu işə fəal surətdə qoşulmağa hazırdırlar.

        Onlar deyirlər:

         - Əlbəttə, biz birləşərək sanballı bir quruma çevrilsək, onda daha güclü və nüfuzlu olarıq, artıq bu halda rusiyalılar – geniş kütlələri nəzərdə tuturuq – dərk edərlər ki, azərbaycanlılar heç də təkcəbazarlarda alver edənlərdən (hərçənd bu da asan olmayan və gərəkli işdir), ağına-bozuna baxmadan bəzi qafqazlılara qatıb, nədənsə həqarətlə Qafqaz millətindən olan şəxslər adlandırılan adamlardan ibarət deyildir. Ona görə də Konqresimizin fəaliyyətinə bacardıqca daha cox Azərbaycan icmalarının qoşulması olduqca vacibdir. Rusiyada yaşayanhər bir azərbaycanlı vicdanla çalışaraq yadda saxlamalı və fəxr etməlidir ki, onun Vətəni – Azərbaycan qədim tarixə və çox zəngin mədəniyyətə malik məmləkətdir. Məmməd Əliyev də, Svetlana Qasımova da, bir çox başqaları da hesab edirlər ki, Vətənin taleyi hər bir həmyerlimizin taleyinə çevrilməlidir...

        Rusiyadakı azərbaycanlılarda Vətənə, əcdadların torpağına, onun mədəniyyətinə, dilinə - azərbaycançılığın mahiyyətini və mənasını təşkil edən nə varsa, hamısına məhəbbət hissləri gərək sönməsin, əksinə, həmişə daha da güclənsin.

Professor Əliyev deyir:

        - Biz bunu Konqresimizin başlıca vəzifələrindən biri hesab edirik. Əminəm ki, biz buna müvəffəq olacağıq. Ona görə ki, bizi Azərbaycan Prezidenti şəxsən özü dəstəkləyir!

        Svetlana xanım Qasımova isə bu vəzifəni, məsələn, Moskvadakı azərbaycanlı ziyalıların “Ocaq” cəmiyyəti, - o da Konqresə qoşulmuşdur, - nümayəndələrinin necə yerinə yetirdikləri barədə təəssüratlarını həvəslə bölüşür. Burada soydaşlarımızın mövzu etibariləAzərbaycanın siyasətinə və iqtisadiyyatına dair problemlərin geniş dairəsini, o cümlədən, əlbəttə, dinc yolla nizama salınması üçün ölkə Prezidenti Heydər Əliyevin böyük səylər göstərdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləriəhatə edən kitablarının təqdimat mərasimləri də təşkil olunur, mədəniyyət məsələlərinə dair müxtəlif konfranslar da keçirilir...

        Ümumrusiya Azərbaycanlılar Konqresinin icra aparatının rəhbəri, tarix elmləri doktoru Zeynal Nağdəliyev Svetlana xanımın sözünə qüvvət verərək, Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, artıq neçə illəridir Moskvada yaşayan pianoçu Tamilla Mahmudovanın yubileyi iləəlaqədar necə təmtəraqlı şənlik təşkil edildiyini xatırlayır. Biz bu mərasim münasibətilə zövqlə buraxılmış al-əlvan bukleti də gördük. Güclü dəstəyini  həyanlığını daim hiss etdiyi doğma  Azərbaycanına səmimi qəlbdən sadiq olan Tamilla xanıma həmyerliləri xüsusi hörmət bəsləyirlər. Demək lazımdır ki, o, haqlı olaraq, Azərbaycan musiqisinin bütün dünyada ehtiraslı və istedadlı təbliğatçılarından biri sayılır. Musiqi, necə deyərlər, bütün varlığına hopan Tamilla xanım həmyerlilərinin əsərlərini ilhamla səsləndirir, onların bəstələdiklərinin çoxunu vaxtilə ilk dəfə məhz o, ifa etmişdir...

        Bəli, indi, Konqres yaradıldıqdan sonra moskvalı soydaşlarımız milli bayram günlərindədaha tez-tez görüşür, paxlava və şəkərbura süfrəsi açır, hətta şəxsən onlardan hər hansı birinə aid olan şənliklərdə məmnuniyyətlə iştirak edirlər. Axı, həmyerlilərlə ünsiyyətdə olmaq, ana dilində danışıb-dərdləşmək həmişə xoşdur. İllah da ki indi, Vətəndə, artıq müstəqil Azərbaycanda sözün əsl mənasında dövlət dili olmuş doğma Azərbaycan dilinə üstün əhəmiyyət verildiyi bir vaxtda!  isə Azərbaycan Prezidentinin bu yaxınlarda imzaladığı və ana dilimizə belə status verilməsindəəvəzsiz rolu olan xüsusi FərmaniRusiyadakı azərbaycanlılar da böyük məmnunluq hissi ilə qarşılamışlar.

        Bütün bu eşitdiklərimiz yalnız ilk baxışdan xırda-para işlər kimi görünə bilər. Lakin bütün bu “xırda-para” işlər mühüm bir məqsədə - çoxtəbəqəli diasporumuzun nümayəndələrini, sosial-mədəni səviyyəsinə görə müxtəlif olan qrupları birləşdirmək, əksəriyyətinin doğma torpağa, ailəyə-ocağa, adət edilmiş mədəni mühitə və dil mühitinə möhkəm bağlı olduğu soydaşlarımıza başqa milli mühitdə kök salmaq kimi həmişə çox çətin və ağrı-acılı prosesi aradan qaldırmaq, lazım gəldikdə onların hüquqlarını qorumaq məqsədinə xidmət edir.

        Bütün bunları təşkil etmək, istiqamətləndirmək bacarığı ilə yanaşı, təbii ki, maliyyədəstəyi də gərəkdir. Xoşbəxtlikdən, Ümumrusiya Azərbaycanlılar Konqresinin belə arxa-dayağı da var. Bu, Moskvada biznes sahəsində uğurla işləyən həmyerlilərimizdır...

        Vç il əvvəl Moskvanın “Molodaya qvardiya” nəşriyyatında “Rusiya: bazar iqtisadiyyatına gedən yolda düşüncələr” kitabı işıq üzü görmüşdür. Kitab diqqətimizi ilk növbədəona görə cəlb etdi ki, Rusiyada iqtisadi islahatların əsas problemlərinə həsr olunmuş bu kitabı soydaşımız – “Krokus intənəşnl” səhmdar cəmiyyətinin prezidenti, “Krokus-bank”ın sədri, Moskva Beynəlxalq Biznes Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq İnformatika Akademiyasının həqiqi üzvü, “Biznes i vıstavki” jurnalının baş redaktoru, nəhayət, iqtisad elmləri namizədi, kommersiya doktoru Araz Ağalarov yazmışdır. Araz İsgəndər oğlu Ağalarovun sadaladığımız bütün ad və vəzifələri onun Rusiyada fəaliyyətinin geniş şöhrət qazandığına və dəyərləndirildiyinə, kitabın səhifələri isə, “Rossiyskiye novosti”nin yazdığı kimi, ona sübutdur ki,  bir praktik, iqtisadi fəaliyyətin son on ildə Rusiyada meydana gəlmiş yeni formalarının şahidi və iştirakçısı kimi o, bu formaların faydalılıq dərəcəsini eşitməmişdir, əksinə, öz üzərində, öz biznesinin və girişdiyi yeni işlərin müqəddəratında bilavasitə duymuş, gələcəyi görə bilmiş vəbu və ya digər proqramın perspektivliliyininə görə, yaxud persppektivsizliyini sağlam düşüncə ilə, açıq gözlə qiymətləndirə bilmişdir.

Araz Ağalarovun adı Rusiya qəzetlərinin səhifələrində də tez-tez görünür, radio və televiziya ilə çəkilir. Çünki o, nədən danışırsa və nədən yazırsa, bütün bunlar hər kəsi düşündürür: axı, nəticə etibarilə insanların həyat səviyyəsinin yüksəldilməsinə necə nail olmaqdan söhbət gedir. Nyu-yorklu akademik V.L.Kvintin Araz Ağalarovun kitabına ön sözdə onun təki sahibkarlar haqqında yazdığı kimi, “bu adamlar onlardan heç birinin əvvəllər görmədiyi işi görməyə, onlardan heç birinin əvvəllər yaşamadığı şəraiti yaratmağa çalışırlar”.

        Biz bu həmyerlimizlə - Moskvanın biznes-elitasının nümayəndəsi iləgörüşə getməzdən öncə onun əməli işləri barədə kifayət qədər məlumat toplamışdıq.

        Koltsevaya küçəsində yerləşən “Tvoy dom” mağazası moskvalıların artıq çoxdan xoşuna gəlmişdir. 30 min kvadratmetrlik bu mağazada ev üçün lazım olan hər şey tapmaq mümkündür. Bir təsəvvür edin, mağaza tikilərkən nə qədər adam işlə təmin olunmuşdu və indi orada nə qədər adam işləyir!

        “Krokus-intənəşnl” Rusiyada keçirilən bütün beynəlxalq sərgilərin, demək olar, yarısının təşkilatçısıdır. Eyni zamanda o, pərakəndə ticarəti də inkişaf etdirir: siz “Krokus” firmasının mağazalarına Moskvanın çox rayonlarında rast gələ bilərsiniz. Bunlar əsasən yüksək  moda mağazalarıdır. Araz İsgəndər oğlu bizə söylədi ki, onların səhmdar cəmiyyəti dünyanınən məşhur, ən nüfuzlu moda evləri iləəlaqə saxlayır.

        Bu səhmdarcəmiyyətinin fəaliyyətinin istiqamətlərindən biri də tikintidır. Görünür, “Tvoy dom” mağasasının uğurları buna ruhlandırmışdır. Budur, Stroqino rayonundakı boş bir sahədə üç min fəhlə Krokus-siti adlandırılacaq bütöv bir şəhərcik salır. Araz Ağalarovun özünün layihəsi, - biz bu layihəni onun ofisində gördük, - əsasında burada, 50 min kvadratmetr sahədə xüsusi mallar ticarəti üçün mağazalar, uşaq şəhərciyi, mehmanxana və digər obyektlər tikilir. Mağazalardan biri “Dünyanın ən yaxşı butiki” adlancaqdır.

        Nəhayət, bu yaxınlarda “Krokus” Rusiya paytaxtının ən dəbdəbəli rayonunda – Bolşaya Qruzinskaya küçəsində çoxmərtəbəli yaşayış evi ucaltmışdır.  “Ağalarov evi” adlanan və Moskvada ən yaxşı bina hesab edilən bu evə artıq bir sıra dövlətlərin Rusiyadakı səfirləri köçmüvşlər.

        Bizəelə gəldi ki, Araz Ağalarov olduqca təmkinli adamdır, çox danışmaqla arası yoxdur. Amma bütün işlərini görməklə yanaşı, Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti kimi ona həvalə edilmiş ictimai vəzifələri də yerinə yetirməyə, özü dəən konkret şəkildə yerinə yetirməyə şad olduğundan həvəslə danışırdı. Başa düşdük ki, Rusiyada möhkəm, mütəşəkkil, hörmətə malik nüfuzlu Azərbaycan diasporu yaradılması bizim hamımız üçün olduğu kimi, onun üçün də vacibdir.  

        Ağalarovun sahibkarlıq fəaliyyəti üzrə həmkarı Aydın Qurbanov da Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidentidir, Moskvada çoxdan yaşayır, Z.Tağıyevin, M.Muxtarovun, M.Nağıyevin gözəl mesenatlıq ənənələrinin davamçısı kimi Rusiyada da, Azərbaycanda da şöhrət qazanmışdır. O, xeyriyyəçiliklə həqiqətən səxavətlə məşğul olur. Aydın Səməd oğlu Qurbanov uzun illərdən bəri Kaluqadakı uşaq evinə, Mordoviyadakı qocalar evinə, habelə doğma Bakıdakı əlillər evinə və uşaq evinə böyük yardım göstərir. Bundan başqa, onun vəsaiti hesabına onlarca gənc azərbaycanlı Rusiyanın və digər ölkələrin ali məktəblərində təhsil alır. Moskvalı və bakılı pravoslavlar onun adını minnətdarlıq hissi ilə çəkirlər: axı, Azərbaycan paytaxtında ötən əsrin əvvəllərində tikilmiş və sovet hakıimiyyəti dövründə uçurulmuş mirodaşıyan müqəddəs zövcələr kilsəsi məhz onun ayırdığı vəsait hesabına bərpa edilmişdir.

        Bu cür maddi imkanları ona biznes sahəsində göstərdiyi fəaliyyət verir.   İqtisadçı kimi o, bizneslə keçən əsrin 80-ci illərinin axırlarında, bir sıra şirkətlər yaradaraq məşğul olmağa başlamışdır. Bir qədər sonra isə “Tofin-intənəşnl” beynəlxalq Rusiya_İsveçrə holdinq şirkəti yaratmış və ona başçılıq etmişdir. Bu şirkətin maliyyə və beynəlxalq ticarət sahəsindəqazandığı görkəmli nailiyyətlərə görə Aydın Qurbanov “Kim kimdir” dünya klubunun fəxri diplomuna layiq görülmüşdür.

Biznes sahəsində çalışan həmyerlilərimizin yüksək nüfuz sahibi olduqlarıni belə bir fakt da sübut edur ki, hər iki sahibkar – Ağalarov da, Qurbanov da Rusiya Federasiyası Prezidenti aparatının iqtisadi məsələlər üzrəməsləhətçiləridir. Bundan əlavə, onlar bəzən Rusiyanı beynəlxalq səviyyədə də rəsmən təmsil edirlər. Məsələn,       bu yaxınlarda Aydın Qurbanov “Yedinistvo” fraksiyasının rəsmi nümayəndə heyətinin tərkibində Türkiyədə olmuşdur.

        Söhbət etdiyimiz şəxslərdən hər biri ilə keçirdiyimiz görüş Moskvadakı həmyerlilərimiz haqqında bizəəlavə məlumat verdi. Bəzilərini isə özümüz axtarıb tapırdıq. Onlardan biri də Roza Seyidqədir qızı Ağamirovadır. O, Rusiya Elmlər Akademiyası İnformatika Problemləri İnstitutunun şöbə müdirinin müavini, bu institutun baş elmi işçisidir, həm dəinternet sistemlərin, ən müasir kompüterlərdə müxtəlif təqdimatların işlənib hazırlanması ilə məşğul olan “Alqosoft” şirkətinin baş direktorudur. Deyilənə görə, belə şirkətlər dünyada 10-dan artıq deyildir. Bakıda böyüyüb-başa çatan həmyerlimizin anası Suqra xanım 30-cu illərdə neft sənayesində çalışansayca az mühəndis qadınlardan biri olmuşdur və indi görünür, Roza anasının ənənələrini davam etdirərək, ən mürəkkəb texniki məsələlərlə uğurla məşğul olur.

        Demə, istər iqtisadi, sosial və mədəni sahə olsun, istərsə də dövlət müəssisəsi, yaxud özəl müəssisə, fərqi yoxdur,  elə bir sahə, elə bir struktur tapmazsan ki, indi Rusiya vətəndaşları olan azərbaycanlılar orada işləməsinlər! Məsələn, Vitali Əliyev “Jiva” səhmdar sığorta cəmiyyətində həmkarlarının haqlı hörmətini qazanmışdır. Moskva Arxitektura İnstitutunun şəhərsalma kafedrasının professoru Muxtar Nurəli oğlu İmanov burada yaşadığı 40 ildə Vətəni – Azərbaycan üçün memarların bütöv bir nəslini yetişdirmişdir. Hüquqşünaslar, bankirlər və başqa peşə sahibləri arasında rəhbər vəzifələrdə çalışan azərbaycanlılar da var.

        Rusiyadakı, daha doğrusu, Moskvadakı, - bu gün söhbət isə məhz Moskvadan gedir, - soydaşlarımızdan danışarkən,əsrlərdən bəri Azərbaycanda, onları doğmaları kimi qəbul etmiş, bu torpaqda yaşayan və bizə həmişə səmimi münasibət, qardaşlıq münasibəti bəsləmiş digər xalqları təmsil edən həmyerlilərimizi yaddan çıxarmaq düzgün olmazdı. Onların nümayəndələri hazırda Azərbaycanın hüdudlarından kənarda yaşasalar da, öz tarixi Vətəni ilə bağlı bütün tədbirlərdə, nə gizlədəsən, bəzi azərbaycanlılardan daha fəal iştirak edir, bu Vətən üçün faydalı olmağa çalışır, onun haqqında öz səmimi, çox xoş xatirələrini daim hamı ilə bölüşürlər.

        “Bakinski raboçi” qəzetinin yaşlı oxucuları 40-50-ci illərdə onun səhifələrində tanınmış jurnalisti Aleksandr Kiknadzenin imzası ilə çıxan maraqlı yazıları yəqin xatırlayırlar. Kiknadze çox şeydən yazırdı, amma idmandan onun kimi maraqlı yazan yox idi.  (Həmin illərdə o, həm də “Sovetski sport” qəzetinin Azərbaycan üzrə müxbiri olmuşdur). Deyirlər ki, Aleksandr Vasilyeviç Azərbaycan dilini kifayət qədər yaxşı bilir və hətta bu dildə hekayələr yazırdı.

İndi məşhur yazıçı, bir sıra kitabların müəllifi və iki övlad – Rusiyanın tanınmış teleşərhçiləri Vasili və Kirillin atası olan Aleksandr Vasilyeviç 40 ildir Moskvada yaşayıb yaradır. Lakin o, həmyerliləri iləəlaqələrini kəsmir, onlarla məmnuniyyətlə görüşüb, hal-əhval tutur. Çox vaxt da həmyerliləri onun əsərlərinin qərhəmanları olurlar. Məsələn, elə bu yaxınlarda A.Kiknadzenin “Gözlənilən intriqaçı” kitabı işıq üzü görmüşdür. Kitab futbolu çox ciddi şəkildətədqiq edən şahidin qeydlərindən ibarətdir. Bu qeydlərdə müəllifin Bakıda yaşadığı illərin, o illərdə sevincini də, kədərini də bölüşdüyü adamların həsrətini çəkdiyi duyulur. Məmməd Həmid, Tofiq Bəhramov, Aleksandr Qnezdov... Tanış adlardır... A.Kiknadzenin yeni kitabının ilk fəsillərindən biri bu adamlara həsr edilmişdir, təəssüf ki, indi onlardan bir çoxu aramızda deyildir. Aleksandr Vasilyeviç Azərbaycanda idmanın inkişafını bu gün də maraqla, canıyanalıqla izləyir və özünün bizə dediyi kimi, idmanımızın indiki nailiyyətlərinə hədsiz dərəcədə sevinir...

        Bu məqalədə biz azərbaycanlılara çox yaxın və doğma olan adamları (bəzilərimiz onlarla hətta şəxsən tanış olmasaq da) – Yuli və Mixail Qusmanları xatırlamaya bilmərik. Biz bu həmyerlilərimizi təqdim etməyə lüzum görmürük – onların nə ilə məşğul olduqları hamıya məlumdur. Əsl bakılılar -  Azərbaycanı, Bakını ürəkdən sevmiş və onlara sədaqətlə xidmət etmiş gözəl həkim Solomon Moiseyeviçin və mahir pedaqoq Lola Yulyevnanın  övladları olan Yuli və Mixail Moskvada da özlərini bakılı sayır, bunu iftixarla vurğulayır və vətənləri Azərbaycanın rifahı naminə faydalı bir iş görmək üçün bütün imkanlardan istifadə edirlıər.

        Aleksandr Kiknadze də, Yuli Və Mixail Qusmanlar da, keçmiş bakılı jurnalist, hazırda isə professor, tarix elmləri doktoru Aleksandr Mendeleyev də, respublikamızın hüquq-mühafizə orqanlarında işləmiş Vladimir İqonin də (yeri gəlmişkən, o da Konqresin vitse-prezidentlərindən biridir), bir çox başqaları da məgər Azərbaycan diasporu deyillərmi?!

        Ona görə də düz etmişlər ki, təsis olunarkən Ümumrusiya Azərbaycanlılar Konqresi kimi düşünülmüş struktur qeydə alınarkən ona Ümumrusiya Azərbaycan Konqresi adı vermişlər. Axı, ölkəmiz kimi, diasporumuz da beynəlmiləldir, çoxmillətlidir.

        Bəli, bizim hamımızın bir Vətəni var. Bu, Azərbaycandır. Biz ucsuz-bucaqsz Yer kürəsinin hansı guşəsində yaşasaq da, pəncərənin şüşələrini döyəcləyən yağışın müxtəlif duyğular doğurduğu vəətrafdakı tozağaclarının yarpaqlarının pıçıltısını eşitdiyimiz bu ölkədə də özümüzü nə qədər yaxşı hiss etsək də, ilk ocağımızı, birinci dəfədünyaya gözaçdığımız diyarı xatırlamaya bilmərik...

 

                                               Elmira ƏLİYEVA,

                                               Fərhad NURİYEV

                                         AZƏRTAC-ın xüsusi müxbirləri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO