Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri

Dünya nizamının gələcəyi: liberalizmin perspektivləri

Hazırda analitik və ekspertlər qlobal geosiyasi nizamın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirlər. Son illər bir sıra dairələrdə belə bir fikir qərarlaşıb ki, artıq liberal nizam iflasa uğrayır və onun perspektivi yoxdur. Bunun əvəzində, sürətlə inkişaf edən bəzi dövlətlərin diktə etdiyi yeni beynəlxalq münasibətlər sistemi formalaşa bilər. Onun əsas cəhətləri qarşıdurma şəraitində olan müxtəlif blokların mövcudluğu, ABŞ-ın lider olmadığı geosiyasi mühit, ayrı-ayrı regionlar arasında rəqabətin şiddətləndiyi tarixi mərhələnin reallığı olacaqdır. Lakin əksər analitiklərin qənaətinə görə, bu cür qiymətləndirmə yanlışdır. Hələlik ciddi səviyyədə liberal dünya nizamına alternativ sistem formalaşmayıb. Bundan başqa, XX əsrin liberal nəzəriyyələri ilə qlobal liberal nizam arasında fərqlər vardır. Bu kontekstdə həm də Amerikanın hegemonluğu ilə liberal nizamı eyniləşdirmək olmaz. Bütün bu səbəblərdən dünyanın yeni liberal düzəninin formalaşdırılmasından danışmaq daha konstruktiv görünür.

Liberal geosiyasi nizam: liberalizmlə kəsişmə xətləri və fərqlər

Stiven Kolbertin "gerçəklik liberal əqidəyə sahibdir" fikrini qəribə hesab edənlər də var. Heç də ona görə yox ki, bu obrazlı ifadənin müəllifi alim, yaxud analitik deyil, satirik, yazıçı və aktyordur. Bir çox insanlar, ümumiyyətlə, müasir dünyada liberalizmin uğuruna inanmırlar. Eyni əhval-ruhiyyə dünyanın gələcək düzəni ilə bağlı irəli sürülən proqnostik fikirlərdə də hiss olunur. Burada hesab olunur ki, tezliklə dünya daha az liberal olacaqdır.

Lakin bir sıra analitik və ekspertlər bunun əksini düşünürlər. Konkret tezislə onlar ifadə edirlər ki, qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər bəşəriyyətin daha yüksək səviyyədə liberal nizamda yaşayacağına dəlalət edir. Onu vurğulayaq ki, yalnız Qərb deyil, bəzi rusiyalı analitiklər (məsələn, Andrey Kortunov, Anton Svetov və b.) də bu mövqedədir.

Bütövlükdə bu mövzuda aparılan təhlillər və verilən proqnozlar çox maraqlıdır. Tədqiqatçılar etiraf edirlər ki, Şərq və Cənubun dünya siyasətində rolu yüksəlir. Bu mənada zənginlik və hakimiyyət də geosiyasi məkanını dəyişməkdədir. Getdikcə Çin, Braziliya və Hindistan kimi ölkələrin qlobal proseslərə təsiri artır. Və bu, yüksələn xətt üzrə gedir. Həmin sırada Rusiya, Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Argentina və başqa bir neçə dövlətin də adını çəkmək olar.

Geosiyasi düzən məsələsinə gəldikdə, maraqlıdır ki, bu tendensiyanı bəzi müşahidəçilər antiliberal hərəkat kimi təqdim edirlər. Onlar hesab edirlər ki, dünya siyasətində ABŞ və Avropanın mövqeyinin zəifləməsi avtomatik olaraq liberal dəyərlərin arxa plana keçməsini ifadə edir. Çünki yeni güclü dövlətlər öz ideyalarını və qlobal dünya nizamının özlərinə uyğun strukturunu qəbul etdirməyə çalışırlar. Amerika və onun müttəfiqləri isə bunun qarşısını ala bilmirlər. Konkret deyilsə, yeni qlobal oyunçuların geosiyasi mühitə gətirdikləri fərqli baxışlar qarşısında liberal dəyərlər öz gücünü itirməkdədir.

Bunun nəticəsində liberal düzənin əsas xüsusiyyətləri olan açıqlıq və hüquqa söykənən münasibətlər sistemi çökməkdə, onun yerini isə dağınıq, bir-biri ilə rəqabətdə olan blokların, müxtəlif təsir sferalarının mövcud olduğu, regional yarışın tüğyan etdiyi bir nizam tutmaqdadır. Bunun nəticəsində BMT, ATƏT, Avropa İttifaqı kimi təşkilatların rolu minimuma enə bilər və çoxtərəfli əməkdaşlıq prinsipi işləməz hala gələr.

Məsələnin məhz bu cür izahını və proqnozunu bəzi analitiklər qəbul etmirlər. Onlar hesab edirlər ki, əslində, liberal dünya nizamına alternativ ola biləcək düzən hələ formalaşmayıb. Onun əlamətləri belə görünmür. Doğrudur, son illər dünya sistemində çoxlu sayda silkələnmələr olub. ABŞ və onun Qərb ölkələrindəki müttəfiqlərindən açıq narazılıq artıb. Onların ağalıq ambisiyalarına etirazlar güclənib. Qlobal maliyyə böhranı və iqtisadi tənəzzül də faktdır. Bunların fonunda meydana çıxan yeni güclü dövlətlər daha aktiv xarici siyasət yeritməyə başlayıblar. Bəs bütün bunlar hansı səbəblərdən antiliberal fenomenin təzahürü hesab edilməlidir?

Prinston Universitetinin professoru Con Aykenberri həmin məqamları nəzərdə tutaraq yazır: "Liberal dünya nizamı liberal-demokratik dövlətlərin sadə cəmi deyil, öz üzvlərinə iqtisadi və siyasi inkişafın alətlərini təqdim edən özünəməxsus qlobal siyasi klub, beynəlxalq qarşılıqlı yardım cəmiyyətidir" (bax: Джон Айкенберри. Будущее либерального мирового порядка / РСМД, 9 avqust 2016).

Bu cür nizam çərçivəsində üzvlərə mübahisələri həll etməyin, kollektiv fəaliyyətin, danışıqlar normalarının, təhlükəsizliyin təmininin və təbii ehtiyatlardan istifadənin müəyyən qaydalar daxilində həyata keçirilməsi imkanı verilir. Belə çıxır ki, liberal dünya nizamı özlüyündə konkret coğrafi məkanı və ya seçilmiş dövlətlər çoxluğunu nəzərdə tutmur. O, coğrafi mövqeyindən, geosiyasi məkanından asılı olmayaraq müəyyən şərtləri ödəyən ölkələrin aparıcılığı ilə açıq və hüquqa söykənən beynəlxalq münasibətlər sistemini ehtiva edir.

Yeni dünya düzəni: formalaşmasının üç əsas prinsipi

Onu deyək ki, rusiyalı analitik Andrey Kortunov da eyni fikirdədir. Onun mövqeyinə görə, Rusiyada yanlış olaraq ABŞ-ın nisbi zəifləməsini bütövlükdə liberal dünya düzəninin iflası kimi qələmə verməyə çalışırlar. Əlavə olaraq, "dünya sisteminin idarə edilənliyinin yüksələn xətlə azalmasını böhran əlaməti hesab edirlər" (bax: Андрей Кортунов. Неизбежность странного мира / РСМД, 15 iyul 2016).

Müəllif fikirlərini davam etdirərək, liberalizmin ideologiya faktoru olaraq tənəzzülündən və onun qloballaşma amili kimi özəlliklərindən bəhs edir. O, bütün bunlardan yanlış siyasi nəticələr çıxarıldığı və liberal dünya nizamının süqut etməkdə olduğu, Rusiya vətəndaşlarına "hamının hamıya qarşı müharibəsi" qaydasının dominantlığının başladığı qənaətinin yeridildiyini vurğulayır (bax: əvvəlki mənbəyə).

Reallıqda isə dünyanın liberal düzəninin üç prinsipə söykəndiyini göstərən A.Kortunov, onun Amerikan hegemonluğu ilə eyniləşdirilməsinin doğru olmadığını sübuta yetirir. O yazır ki, liberal dünya nizamı rasionallıq, açıqlıq və normativlik üzərində bərqərar olub (bax: əvvəlki mənbəyə). Burada əsas faktor konkret hansı dövlətin hansı mərhələdə lider olmasında deyil, bu prinsiplərə nə dərəcədə əməl edilməsindədir.

Bu prizmadan baxdıqda, qloballaşma heç də liberal dünya nizamına zidd deyil, əksinə, onunla uyğunlaşır (bax: əvvəlki mənbəyə; Джон Айкенберри. Будущее либерального мирового порядка / РСМД, 9 avqust 2016; Антон Цветов. Мировой порядок и либерализм как метод / РСМД, 20 iyul 2016).

Belə görünür ki, analitiklər və ekspertlər müasir mərhələdə özünü göstərən çoxlu sayda geosiyasi problemlərdən xilas yolunu liberal dünya nizamından imtinada deyil, əksinə, onun yeni formasını tapmaqda görür. Bunun üçün üç əsas prinsip üzrə hərəkət etmək lazımdır – açıqlıq, normativlik və rasionallıq! Bunların hər birinin geosiyasi interpretasiyası vardır. Açıqlıq bütün sahələrdə dövlətlərin qarşılıqlı əlaqəsinin şəffaf və ədalətli təminini nəzərdə tutur. Qloballaşma prosesi bunun üçün bütün əsasları yaradıb. İndi heç bir dövlət təcrid olunmuş vəziyyətdə mövcud ola bilməz. Bu baxımdan sürətlə inkişaf edən və dünya siyasətində rolu artan ölkələrə də təcrid olmaq sərf etmir. O halda onları antiliberal mahiyyətdə günahlandırmaq doğru deyil.

Normativlik hər bir beynəlxalq məsələnin hüquqi normalar çərçivəsində həll olunmasını ehtiva edir. Bu baxımdan BMT, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və digər beynəlxalq təşkilatların rolunun artması və daha səmərəli işləməsi zəruridir.

Qeyd edilən şərtlərin ödəndiyini təsdiq edən proseslər gedirmi? Təəssüf ki, məhz bu əlamət özünü göstərmir. Əvəzində, böyük dövlətlər öz ambisiyalarını daha çox yeritməyə çalışırlar. Onlar beynəlxalq qaydalara əməl etmək istəmir, paralel olaraq, geosiyasi rəqibin sırf düşmən obrazını yaradırlar. Nəticədə, insanlar XX əsrin liberal nəzəriyyələrinin uğursuzluğunu, ümumiyyətlə, liberal dünya nizamının iflası kimi başa düşürlər.

Əslində, bəşəriyyətin gələcəyi açıqlıq, normativlik və rasionallığa söykənən dünya nizamının formalaşdırılmasından çox asılıdır. Böyük dövlətlər xarici siyasətlərində ədalət prinsipinə üstünlük verməli, öz maraqlarını digərlərinə zorla qəbul etdirmək prinsipindən vaz keçməli və ikili standartlara son qoymalıdırlar. Bu şərtlərə əməl edilməsə, dünyada sakitlik yaranmayacaq. Müxtəlif regionlarda bu və ya digər intriqalar baş qaldıracaq. Real liberal dünya nizamının yolu yuxarıda vurğulanan prinsiplərə əməl etməkdən keçir. Onlar olmadan liderin kim – ABŞ, Çin, yaxud Rusiya olmasının heç bir önəmi yoxdur!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb