İQTİSADİYYAT


Düşmənin Azərbaycanın bank müştərilərini hədəf alan təxribatı davam edir

Bakı, 13 oktyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfinin təxribat törətmək məqsədilə Azərbaycan Banklar Assosiasiyasının adından saxta məktublar göndərdiyini qeydə alıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Telegram”, “WhatsApp” və digər kanallar vasitəsilə vətəndaşlara göndərilən saxta məktubda guya Azərbaycan banklarının kiberhücumlara məruz qaldığı və Elektron Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılanadək bank müştərilərinin hesablarının müvəqqəti dondurulacağı bildirilir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribat xarakteri daşıyır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər.

Azərbaycan Banklar Assosiasiyasının rəsmi saytında yerləşdirilən məlumat və onun adından göndərilən saxta məktub əlavə olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu kimi hallarla üzləşdikdə, “1654” qaynar xətti, “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə xidmətə müraciət etmələrini xahiş edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.