REGİONLAR


EKTİS sistemi fermerlərə əlavə hansı imkanlar yaradır?

Bakı, 21 yanvar, AZƏRTAC 

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi fermerlərə əlavə üstünlüklər qazandırır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, fermerlər kənd təsərrüfatı istehsal vasitələrindən gübrə, toxum, pestisid, kənd təsərrüfatı texnikasının, baramaçılıq sahəsində ipəkqurdu və tut tinglərinin satınalınmasını EKTİS vasitəsilə həyata keçirə biləcək və bunun üçün müxtəlif yerlərə gedərək araşdırma aparmaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, fermerlər elektron kabinetləri vasitəsilə günün 24 saatı ərzində Kənd Təsərrüfatı Nazirliyi və onun qurumlarına müraciət göndərmək imkanı əldə edəcək.

EKTİS-in tətbiqi aqrar fəaliyyətlərdən yararlanmaq üçün vaxt itkisini aradan qaldırmış olacaq. Yeni sistemin tətbiqinin əsas üstünlüklərindən biri ölkə üzrə həyata keçiriləcək və aparılan əkin barədə məlumatların fermerlər üçün əlçatan olmasıdır. Bu üstünlük həm təsərrüfat üzrə və ticari fəaliyyətlərlə bağlı qərarların qəbulunda fermerlərə əlavə imkanlar yaratmış olacaq.

Aqrar xidmətlərin elektronlaşdırılması fermerlərin maarifləndirmə prosesinə cəlb olunmasını da asanlaşdıracaq. Fermerlər bitkiçilik və heyvandarlıq sahələri üzrə elmi-praktik təcrübələrin nəticələri ilə tanış olmaq, sahəvi fəaliyyətlər üzrə təkmilləşdirici tövsiyələrin, məlumatların mütəmadi qaydada əldə edilməsi imkanı qazanacaq.

Fermerlərə maarifləndirici məlumatların çatdırılması üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əlavə olaraq www.agroinfo.az saytı yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.