ELM VƏ TƏHSİL


“Education 2018” sərgisi ali məktəblər arasında əlaqələrin qurulmasına müsbət təsir göstərir

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bakıda keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisi (Education 2018) yerli və xarici ali məktəblər arasında əlaqələrin qurulmasında və gələcəyin tələbələrinə ixtisas seçimində müsbət təsir göstərir.

Bunu AZƏRTAC-a müsahibəsində XII Azərbaycan beynəlxalq təhsil sərgisində təmsil olunan Milli Aviasiya Akademiyasının (MAA) tədris işləri üzrə prorektoru Ədalət Səmədov deyib.

Ə.Səmədovun sözlərinə görə, sərgidə yer alan MAA-nın stendində bu ali təhsil ocağının tədris prosesi, infrastrukturu, fakültələri, ixtisasları, elmi tədqiqat işləri, ümumiyyətlə, Azərbaycanın mülki aviasiya sahəsində rolu barədə ətraflı məlumat verilir. “Məqsədimiz gələcək mütəxəssislərimizin ölkəmizdəki mövcud iqtisadi potensialı görə bilmələrinə şərait yaratmaq, bu sahədə gənclərə ixtisas, peşə seçimində kömək göstərməkdir. Stendimizdə əsasən gənclərimiz üçün maraqlı ola biləcək layihələri təqdim edirik. Belə ki, MAA-nın stendində tələbələrimizin əl işləri və onların hazırladıqları peyk modeli nümayiş olunur”,- deyə Ə.Səmədov diqqətə çatdırıb.

Prorektor vurğulayıb ki, sərgiyə qatılan iştirakçılar, o cümlədən tələbələr asudə vaxtlarını səmərəli keçirmələri istiqamətdə dolgun məlumatlar da əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.