Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan dünyanı təmin etmək çox çətindir VİDEO

Nyu-York, 29 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir dünyanın bu gün üzləşdiyi hədə və təhdidlərin beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün birgə səylərimizi tələb etdiyini söyləyib.

Elmar Məmmədyarov qeyd edib ki, BMT Nizamnaməsinin əsasını təşkil edən çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması BMT-nin sütunları olan sülh və təhlükəsizlik, inkişaf və insan haqlarını təşviq etmək və onlara dəstək olmaq üçün çox vacibdir. Bu xüsusda, islah edilmiş və gücləndirilmiş çoxtərəfli bir sistemi təşviq etmək və dəstəkləmək bizim ümumi vəzifəmizdir. Hamılıqla qəbul edilmiş fundamental dəyərlərə, norma və prinsiplərə riayət olunmursa, eləcə də təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin icrası, habelə hesabatlılıq bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə riayət olunmaması Şuranın beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyətini yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Müharibə və insan əziyyətlərinin qarşısını almaq üçün təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı bütün üzvlərini ümumi qayda əsaslı bir nizamla bağlayaraq sülh və təhlükəsizlik problemlərinin həllində iştirak edənlərin hamısının təşkilatın məqsəd və prinsiplərinin vahid tətbiqini təmin etməkdə mərkəzi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının bu roluna dəstək sülhün, sabitliyin və davamlı inkişafın qorunmasında vacibdir.

Nazir deyib ki, müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin ən güclü tərəfdarlarından biri Qoşulmama Hərəkatıdır. Biz Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini səbirsizliklə gözləyirik. Qoşulmama Hərəkatı tarixboyu Bandunq Prinsiplərinə sadiq qalmaqla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Azərbaycanın sədrliyi 2020-ci ildə 65 illik yubileyini qeyd edəcək Hərəkatın təməl prinsiplərinin inkişafına daha bir təkan verəcək.

Elmar Məmmədyarov qeyd edib ki, 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi yolunu davam etdirərək üzərimizə götürdüyümüz öhdəlikləri nə dərəcədə yerinə yetirdiyimizi müəyyənləşdirmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən davamlı səylər xalqımızın parlaq gələcəyini və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir. Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır. Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib. İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf edib. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollaradək təşkil edib.

Sosial sahə hər zaman diqqət mərkəzində olub. Bu il hökumət 10 milyonluq əhalisi olan ölkənin 4 milyondan çox insanını əhatə edən sosial paket qəbul etdi. Son 15 ildə sosial sahəyə qoyulan investisiyalar ölkədə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49 faizdən 2019-cu ildə demək olar ki, 5 faizə endirilməsi ilə nəticələndi. Eyni müddətdə işsizlik səviyyəsi 10,6 faizdən 5 faizdən də aşağı endi. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən 10 ölkəsinin siyahısına daxil edilib. Ölkədəki əlverişli iş mühiti son 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollara yaxın investisiya gətirdi, bunun da yarısı xarici sərmayələrin payına düşür.

Azərbaycan bağlılığı təşviq etməklə regional inkişaf səylərinə öz töhfəsini verir. Qitələrin bir araya gəlməsində, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platformanın yaradılmasında mühüm rol oynayır. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.

Azərbaycan mədəni müxtəlifliyin təbliğinə xüsusi əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Son illərdə bir sıra qlobal tədbirlərə ev sahibliyi etmişik, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürmüşük. Bu təşəbbüslər arasında Baş Assambleya və Baş katib tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün başlıca qlobal platforma kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu qeyd etmək olar.

Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahib olaraq, hökumət gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edərək onların potensialının tam reallaşmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilib. Bu hədəflər gənclər arasında işsizliyin azaldılması, peşə təhsili və təlimlərin yaxşılaşdırılması və kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədlərini güdür.

Azərbaycan gender bərabərliyini təmin etmək və qadınlara ictimai və sosial həyatda səlahiyyətlər vermək üçün öz səylərini davam etdirir. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsinin icrası üçün hazırda milli fəaliyyət planını hazırladığımızı məmnunluqla qeyd etmək istərdim.

Yeni yaranan donor ölkə olaraq Azərbaycan Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişaf yardımlarını göstərməkdə davam edir. İnkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir.

Hər bir qasırğa, böyük yanğın və dəniz səviyyəsinin bir santimetrlik qalxması ilə iqlim dəyişikliyinin mövcud təhlükəsi daha da aktuallaşır. Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və ölkə artıq mənfi nəticələrlə, məsələn, sel, quraqlıq, istilik və digərləri ilə üzləşir. Biz iqlim fəaliyyətinə dair böyük beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına, Kioto Protokoluna və Paris Sazişinə qoşulmuşuq. Milli siyasət və strategiyalar həmin beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Hökumət karbon qazı tullantılarını minimum səviyyəyə çatdırmaq üçün vacib addımlar atıb və onu 2030-cu ilə qədər 35 faiz azaldacağına söz verib.

Elmar Məmmədyarov bildirib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı məlum təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdəbir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlının evlərindən və mülklərindən didərgin düşməsi ilə nəticələndi. Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə xələl gətirməkdə davam edir. Keçən il baş tutmuş ümumi müzakirələrdən bəri münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə edilməyib.

Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan baş naziri və hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatlar onların beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur.

Son zamanlar verdiyi açıqlamalarda, o cümlədən BMT Baş Assambleyasının ümumi müzakirələrində Ermənistanın baş naziri hökumətinin danışıqlardakı strategiyasını, yəni, "müharibənin nəticələrini qorumaq" məqsədini açıq şəkildə bəyan etdi. Əslində Ermənistan rəhbərliyinin niyyəti qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan və insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbuledilməz status-kvo vəziyyətinin müdafiəsidir.

Yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləyib, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiq edib. Ərazi iddiaları və zorakı addımlara cavab olaraq, Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş bütün ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Baş Assambleyanın qətnamələri və digər mötəbər beynəlxalq təşkilatların çoxsaylı qərar və sənədləri eyni səciyyə daşıyırdı. Lakin Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, münaqişənin siyasi həlli üzrə davam edən səylər kontekstində beynəlxalq ictimaiyyət tərəfindən ilkin xəbərdarlığa və pislənilməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu fəaliyyətlərə, o cümlədən işğal olunmuş ərazilərdə məskunlaşdırma, tarixi və mədəni irsin dağıdılması və mənimsənilməsi, mülkiyyətin, təbii ehtiyatların və digər sərvətlərinin istismarı və qanunsuz dövriyyəsi aiddir. Bu addımlar Müharibə şəraitində mülki şəxslərin müdafiəsi üzrə 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını və 1977-ci il Birinci Əlavə Protokolu açıq şəkildə pozur və müharibə cinayətlərini, həmçinin beynəlxalq hüquq çərçivəsində və dövlət və fərdlərin cinayət məsuliyyətini ehtiva edir.

Tamamilə aydındır ki, bu siyasət və təcrübə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədlərinə uyğun gəlmir və BMT Nizamnaməsində əks olunduğu kimi, dövlətlərarası münasibətlərdə qaydalara əsaslanan və sivil dövlətlərarası münasibətlərin dəyərlərini, norma və prinsiplərini müdafiə etmək üçün BMT və beynəlxalq ictimaiyyətin təxirəsalınmaz tədbirlərini tələb edir.

Davam edən sülh prosesinin əsas məqsədi Ermənistan tərəfindən başlanılan müharibənin nəticələrinin aradan qaldırılması və beləliklə də Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zor tətbiqi ilə qovulmuş şəxslərin öz evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsidir. Bu məqsədə nail olmaq mütləqdir və kompromis təşkil etmir.

Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. Həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir.

Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə, Ermənistan dayanıqlı olmayan status-kvo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Öz destruktiv siyasi gündəliyinin perspektivlərinin olmadığını Yerevan nə qədər tez başa düşərsə, bir o qədər tez bölgənin bütün əhalisi sülh, sabitlik və əməkdaşlıqdan faydalanacaq və Ermənistanın bölgədə yürütdüyü təcavüzkar və düşmən siyasəti səbəbindən üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial problemləri dəf etmək şansları daha çox olacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Elmar Məmmədyarov: Təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan dünyanı təmin etmək çox çətindir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır