ELM VƏ TƏHSİL


Elmi seminar: Azərbaycanın və Çinin əfsanəvi hərbi qalaları

Bakı, 11 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Azərbaycanın və Çinin əfsanəvi hərbi qalaları” mövzusunda elmi onlayn seminar keçirib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən danışıb. O, Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.

Seminarda ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Fucyen əyalətindəki “tulou” və Guandun əyalətindəki “dyaolou” Çin unikal tarixi qala evləri, Qansu əyalətindəki Yuntay və Şenzhendakı Dapin qədim qala şəhərləri, Tyantszində Daqu və Pekində Vanpin hərbi istehkamları, eləcə də görkəmli sərkərdələr - Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun müdafiəsində iştirak etdiyi Port-Artur qalası haqqında danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.