ELM VƏ TƏHSİL


Elmi seminar: Dünya kitabxanalarının idarəetmə nəzəriyyəsi müzakirə edilib

Bakı, 16 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Dünya kitabxanaşünaslığında kitabxanaların idarəetmə nəzəriyyəsinin elmi əsasları” mövzusunda elmi seminar keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, seminarda BDU-nun Elmi Kitabxanasının direktoru, Kitabxanaşünaslıq kafedrasının dosenti Nigar İsmayılova mövzu ilə bağlı məruzə edib.

Tədqiqatçı dünya kitabxanaşünaslarının araşdırmalarında kitabxanalarda idarəetmə nəzəriyyəsinin meydana çıxması və tətbiqi barədə məlumatları xronoloji ardıcıllıqla diqqətə çatdırıb. Bildirib ki, kitabxana menecmentinə elmi yanaşma idarəetmənin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Dünya kitabxanaşünaslığında kitabxanalarda idarəetmə nəzəriyyəsinin tətbiqinə həsr olunmuş ilk müzakirələr XIX əsrin sonlarında meydana çıxıb. Bu dövrdən etibarən ilk dəfə olaraq kitabxanalarda idarəetmə nəzəriyyəsi ilə bağlı terminlər elmi dövriyyəyə daxil edilib. Kitabxanaların inkişafında əsas mərhələnin onların təhsil institutu kimi formalaşma dövrü olduğunu diqqətə çatdıran tədqiqatçı ABŞ, Kanada, Böyük Britaniya, Avstraliya, Almaniya və digər ölkələrin iş təcrübəsi haqqında məlumat verib, bir sıra paralellər, müqayisəli təhlillər aparıb. Nigar İsmayılova elmi idarəetmə sahəsində ixtisaslaşmanın gücləndirilməsinin və idarəetmə metodlarının praktiki tətbiqi üzrə müvafiq fənlərin əlaqələndirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Nəticə olaraq bildirilib ki, kitabxanaşünaslıqda XIX əsrin sonlarında meydana gələn, XX əsrin 20-30-cu illərində formalaşan elmi idarəetmə nəzəriyyəsi XXI əsrin əvvəllərində inkişafının ən yüksək mərhələsinə çatıb.

Sonda suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.