İQTİSADİYYAT
Elmir Vəlizadə: Azərbaycan Cenevrədə keçiriləcək İnternet İdarəçilik Forumunda təmsil ediləcək
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan Cenevrədə keçiriləcək İnternet İdarəçilik Forumunda geniş nümayəndə heyəti ilə təmsil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O qeyd edib ki, bu il İnternet İdarəçilik Forumu dekabrın 18-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Azərbaycan həmin forumda geniş nümayəndə heyəti ilə təmsil olunacaq: “Azərbaycan nümayəndə heyəti forum çərçivəsində bütün müzakirələrə qatılacaq. Forumun predmeti mövzu və məsələlərin müzakirəsidir. Azərbaycan da həmin forumda fəal iştirak edəcək”.