İQTİSADİYYAT


Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib

Bakı, 6 may, AZƏRTAC

Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında əməkdaşlıq çərçivəsində hidrogen enerjisi üzrə onlayn seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mayın 6-sı keçirilən tədbirdə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov və “Masdar” şirkətinin MDB və Rusiya üzrə inkişaf və investisiyalar sahəsində ölkə meneceri Məhəmməd Əsəd Taher açılış nitqi ilə çıxış ediblər.

Seminar zamanı “Masdar” şirkətinin ekspertləri hidrogen enerjisi, “yaşıl enerji” hesabına hidrogen istehsalı texnologiyaları, elektroliz qurğuları, dənizdə külək enerjisi və karbon qazı tullantılarının planlaşdırılması və idarə edilməsi mövzularına dair ilkin nəzəri-texniki biliklər barədə məlumat verib. Seminarda, həmçinin müvafiq sahə üzrə beynəlxalq təcrübələrə də toxunulub, hidrogen istehsalı texnologiyaları və dənizdə külək enerjisi ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, “Azərenerji” ASC, SOCAR və “BP Azerbaijan” şirkətinin əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.