İQTİSADİYYAT


Energetika naziri Bolqarıstanda keçiriləcək enerji tədbirində iştirak edəcək

Bakı, 4 may, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Bolqarıstanın energetika naziri Aleksandr Nikolovun dəvəti ilə bu ölkəyə səfər edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir mayın 5-də paytaxt Sofiya şəhərində keçiriləcək “Cənub-Şərqi Avropada enerji keçidi: enerji təhlükəsizliyi, diversifikasiyası və yaşıl enerjiyə keçid üzrə regional əməkdaşlıq” mövzusunda təşkil olunacaq nazirlərin dəyirmi masasında iştirak edəcək.

Bolqarıstan, Serbiya, Yunanıstan, Türkiyə, Şimali Makedoniya, Rumıniya və Ukraynanın nazir və nazir müavinlərinin qatılacağı tədbirin açılış mərasimində nazir Pərviz Şahbazovun çıxışı nəzərdə tutulur.

Dəyirmi masa qaz təchizatının təhlükəsizliyi, regional elektrik bazarı, yaşıl enerjiyə keçid, istehlakçıların müdafiəsi və gələcəyə baxış mövzularında panel sessiyalarla davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.