Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Energetika naziri “Gastech 2021” sərgi və konfransında iştirak edib

Energetika naziri “Gastech 2021” sərgi və konfransında iştirak edib

Bakı, 22 sentyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin dəvəti ilə sentyabrın 21-23-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və 300-dən çox yüksəkvəzifəli şəxsin, o cümlədən siyasətçilər, iş adamları və ekspertlərin iştirak etdiyi “Gastech 2021” sərgi və konfransında iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov “Hidrogen təchizatı zəncirinin sürətlə genişlənməsinə dəstək siyasəti” mövzusu üzrə nazirlər panelində çıxış edib. Energetika naziri iqlim dəyişikliyinin dünyanın enerji keçidini təşviq edən reallıq olduğunu vurğulayıb, enerji təhlükəsizliyi və ekoloji təhlükəsizlik arasında balansa nail olmaq məqsədilə “yaşıl enerji”dən istifadənin təxirəsalınmadan genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, enerji keçidi prosesinin effektivliyi enerji istehsalçıları və istehlakçıları arasında geniş dialoqu zəruri edir.

Nazir Pərviz Şahbazov enerji keçidi prosesi ilə əlaqəli ölkəmizdə həyata keçirilən tədbirlər, bərpa olunan enerji sahəsində reallaşdırılan layihələr və perspektivlərdən də bəhs edib: “Ənənəvi enerji resurslarının ixracatçısı olan Azərbaycanın 2030-cu ilə qədər hədəfi elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payını 30 faizə çatdırmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu müddətdə “təmiz ətraf mühit”ə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək sosial-iqtisadi inkişafın beş Milli Prioritetindən biri kimi müəyyənləşdirilib ki, bu da ölkəmizin enerji keçidi ilə bağlı kursuna sadiq olduğunu göstərir”.

Azərbaycanda son dövrdə külək və günəş enerjisi üzrə aparıcı beynəlxalq şirkətlərlə investisiya və icra müqavilələrinin imzalandığı, eyni zamanda, yaxın gələcəkdə bərpa olunan enerji hərraclarının keçirilməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.

Tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazov Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) “İlin təbii qaz, LNG və hidrogen layihəsi” nominasiyasında qalib olduğu “Gastech Awards 2021” mükafatlandırma mərasiminə də qatılıb.

Səfər zamanı bir sıra görüşlər də keçirilib. Azərbaycanın energetika naziri ilə BƏƏ-nin energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui arasında baş tutan görüşdə enerji sahəsində ikitərəfli və çoxtərəfli səmərəli tərəfdaşlıq münasibətləri müzakirə edilib. Nazir “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının inşası üzrə layihənin həyata keçirilməsini Azərbaycanda işgüzar mühitə olan inamın göstəricisi kimi qiymətləndirib. BƏƏ-nin dayanıqlı və müasir enerji sahəsi üzrə ixtisaslaşmış digər şirkətlərinin də bu ənənəni izləyərək Azərbaycanda müvafiq sahələrə investisiya yatıracaqlarına ümid etdiyini bildirib.

“ACWA Power” şirkətinin idarə heyətinin sədri Məhəmməd Abunayyan və “Masdar”ın baş direktoru Mohamed Jameel Al Ramahi ilə keçirilən ikitərəfli görüşlərdə isə günəş və külək elektrik stansiyaları layihələrinin icrası ilə bağlı müzakirələr aparılıb.

Nazir, həmçinin Beynəlxalq Enerji Forumunun baş katibi Joseph McMonigle və Şri-Lankanın energetika naziri Udaya Gammanpila ilə də görüşüb, daha sonra CNN kanalına müsahibə verib. Neft və qaz sənayesinin gələcəyi, növbəti onillikdə enerji sektorunu formalaşdıran tendensiyalar, Azərbaycanda enerji keçidi təşəbbüsləri və digər mövzularla bağlı suallar cavablandırılıb.

Qeyd edək ki, “Gastech” sərgisində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti də böyük stendlə təmsil olunub.

Təbii qaz, mayeləşdirilmiş təbii qaz, hidrogen və ümumilikdə enerji sənayesi üzrə qlobal miqyasda aparıcı tədbirlərdən biri olan “Gastech” sərgi və konfransı COVID-19 pandemiyası başladıqdan sonra ötən dövr ərzində ilk dəfə olaraq dünya enerji sənayesi mütəxəssislərini bir araya toplayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır