İQTİSADİYYAT
Energetika naziri vətəndaşları qəbul edib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən müəyyən olunmuş qəbul qrafikinə uyğun olaraq, energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri, Şəmkir və Quba rayonlarından daxil olmuş müraciətlər əsasında nazirlikdə vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə və məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyətinə aid olmayan müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılması üçün göstərişlər verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqları Energetika Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Müxtəlif məsələlərlə bağlı nazirliyə daxil olan bütün vətəndaş müraciətləri aidiyyəti üzrə araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.