İQTİSADİYYAT


“Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsi müzakirə edilib

Bakı, 29 iyul, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin idarə heyətinin sədri Samir Axundov qanun layihəsinin hazırlanması istiqamətində görülmüş işlər barədə məlumat verib. Dövlət qurumlarından daxil olmuş rəy və təklifləri diqqətə çatdırıb. Bildirilib ki, bu qanun layihəsi ilk dəfə olaraq ölkədə energetika və kommunal xidmətlər sahələrində tənzimləmə prosesinin və tənzimləyicinin fəaliyyətinin hüquqi çərçivəsini müəyyən edir. Bu qanunvericilik aktının hazırlanması zamanı tənzimləyici ilə bağlı dünyadakı müxtəlif təcrübələr öyrənilib.

Sonra nazirlik və agentliyin mütəxəssislərinin qanun layihəsinin hazırkı variantına dair fikirləri dinlənilib. Qanun layihəsinin maddələrinə əlavə və dəyişiklərlə bağlı irəli sürülmüş təkliflər nəzərdən keçirilib. Layihənin tezliklə yekunlaşdırılmasının vacibliyi qeyd edilib və bu istiqamətində müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Qanun layihəsinin Energetika Nazirliyinin təklifləri əsasında hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamında öz əksini tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.