İQTİSADİYYAT


Energetiklər üçün dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda onlayn təlim təşkil edilib

Bakı, 19 noyabr, AZƏRTAC

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə Energetika Nazirliyi əməkdaşlarının iştirakı ilə onlayn təlim keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə çıxış edən Dövlət qulluğu və kadrlar şöbəsinin müdiri, Energetika Nazirliyinin etik müvəkkili Əsəd İsmayılov nazirlik tərəfindən dövlət qulluğunda çalışan gənclərə, onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc mütəxəssislər kimi formalaşmasına göstərilən qayğıdan bəhs edib, gənclərin dövlət qulluğuna olan marağının artması, vəzifə öhdəliklərini yüksək peşəkarlıqla, vicdanla və məsuliyyətlə yerinə yetirmələrini xüsusi ilə qeyd edib. COVID-19 pandemiyası dövründə xüsusi karantin rejimi çərçivəsində çalışan əməkdaşların fəaliyyətinin yüksək qiymətləndirildiyi bildirilib.

Daha sonra təlimdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas məqsəd və prinsipləri, nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Energetika Nazirliyinin dövlət qulluqçularının etik davranış qaydaları” və bu qaydalara əməl edilməsinin dövlət qulluğunda əhəmiyyəti, dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar haqqında məlumat və etik davranış qaydalarına əməl olunmasına dair tövsiyələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.