Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Enerji təhlükəsizliyi artıq dünya üçün milli təhlükəsizlik məsələsidir

Enerji təhlükəsizliyi artıq dünya üçün milli təhlükəsizlik məsələsidir

Bakı, 9 fevral, AZƏRTAC

Qardaş Türkiyədə yaşanan faciə hər birimizi o qədər sarsıdıb ki, başqa məsələlərə, hətta ictimai-siyasi baxımdan kifayət qədər ciddi əhəmiyyət kəsb edən mövzulara belə, lazımi səviyyədə diqqət ayırmaqda çətinlik çəkməli olursan. Daxilimizdəki mənəvi senzor bütün düşüncə və hisslərimizi, arzu və diləklərimizi Türkiyəyə yönləndirir. Tarixi bağlarımız o qədər dərin və birmənalıdır ki, bu gün hər bir azərbaycanlı qardaş ölkədə yaşananları şəxsi faciəsi hesab edir və çalışır ki, dəhşətli zəlzələdən əziyyət çəkən insanlara, həyatını itirənlərin yaxınlarına və minlərlə yaralıya hansısa şəkildə dəstək ola bilsin. Mənəvi təskinliyi onda tapırıq ki, xalqımız qardaş ölkəyə dəstək məsələsində 44 günlük Vətən müharibəsində olduğu qədər səfərbər və həmrəydir. Ən başlıcası isə, bu həmrəyliyi tərənnüm etdirən, önündə gedən müstəqil Azərbaycan dövləti və onun Prezidentidir. Prezident İlham Əliyevin fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığında söylədiyi bu sözlər xalqımızın, hər birimizin qəlbindən keçən hissləri tamlıqla ifadə edir: “Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı sarsıdıb... Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib: “Azərbaycan Prezidentinin tapşırığına əsasən, geniş tərkibli xilasedici heyətimiz artıq Türkiyədədir və yerli həmkarları ilə birlikdə fəaliyyət göstərir. İnşallah, onların köməyi ilə dağıntılar altından daha çox insanın həyatını xilas etmək mümkün olacaq. Ard-arda baş vermiş, böyük dağıdıcı gücə malik olan dəhşətli zəlzələlərin nəticəsi nə qədər ağır olsa da, inanırıq ki, doğma Türkiyə bu bəlanın da öhdəsindən gələcək. Dost və qardaş ölkələrin nümayiş etdirdiyi səfərbərlik nümunəsi, türk dünyasının möhtəşəm həmrəyliyi deməyə əsas verir ki, bu çətin sınağı birgə səylərimizlə adlada biləcəyik. Amma bunun üçün dostlarımız və özümüz iqtisadi cəhətdən daha güclü olmalıyıq, dövlətlərimiz tərəfindən bu istiqamətdə atılan bütün addımlara lazımınca dəyər verib onları təqdir etməliyik. Fevralın 3-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları məhz bu cür mühüm addımlardan yalnız biridir. Həmin tədbir bir daha göstərdi ki, Prezident İlham Əliyev güclü, eyni zamanda, beynəlxalq tərəfdaşlar üçün cəlbedici və etibarlı Azərbaycan modelini yaratmaq mövqeyində qətiyyətlidir. Tədbirdə Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı onu deməyə əsas verir ki, müasir Azərbaycan artıq Avropa və bütövlükdə mütərəqqi dünya üçün əhəmiyyətli beynəlxalq tərəfdaşa, ölkəmizin paytaxtı isə geoiqtisadi və geosiyasi proseslərin mühüm əməkdaşlıq mərkəzinə çevrilib. Bu mötəbər tədbirdə SOCAR ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərindən bir çoxunun, o cümlədən BP, BOTAŞ, TANAP, TAP, TRAO, TAQA, “Bulgargaz EAD”, “Bulgartransgaz”, “ICGB, Fluxys”, “ROMGAZ SA”, SACE, Desfa, “TotalEnergies”, “FGSZ Ltd”, SNAM, “Uniper”, “Petronas”, “ACWA Power”, Masdar, “Fortescue Future İndustries”, “WindEurope” və “SolarPower Europe” kimi nəhəng şirkət təmsilçilərinin iştirakı Bakıda keçirilən tədbirə və onun gələcəyinə göstərilən beynəlxalq diqqətin əhəmiyyətindən xəbər verir. Tədbiri fərqləndirən cəhət həm də onunla bağlı oldu ki, bu beynəlxalq platformada siyasi qərar mərkəzləri və enerji şirkətləri ilə yanaşı, Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı kimi nüfuzlu maliyyə təsisatlarının təmsilçiləri də iştirak edirdilər. Bu isə öz növbəsində o deməkdir ki, siyasi qərar mərkəzləri, aparıcı enerji şirkətləri və maliyyə institutları nəzərdə tutulan layihənin gerçəkləşdirilməsi üçün bənzərsiz həmrəylik və qətiyyət nümayiş etdirirlər. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında həmin məqama xüsusi diqqət yetirərək bu mesajı verdi: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir”.

Qeyd edilib ki, bu mötəbər tədbirdə müşahidə etdiyimiz həmrəylik həm də ona görə xüsusi diqqət çəkir ki, Azərbaycan illər əvvəl TANAP və TAP layihələrini gerçəkləşdirməyə başlayanda, bəziləri onlara səmərəli əməkdaşlıq platforması kimi deyil, daha çox rəqib gözü ilə baxırdı. O zaman Avropada əksəriyyət təsəvvür etmirdi ki, gün gələcək, enerji təhlükəsizliyi onlar üçün də milli təhlükəsizlik məsələsinə çevriləcək və yubanmalar ümumi maraqlarımıza mane olacaq. Azərbaycan Prezidenti elə həmin səbəbdən bu həssas məqama çox incəliklə toxundu: “Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik... Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq”.

Prezident İlham Əliyev ötən il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu” yada salaraq, onu gələcək planlar üçün aydın yol xəritəsi adlandırdı və bu yolda ölkəmizin mövqeyinin dəyişməz olduğunu bəyan etdi: “Avropaya qaz ixracımızı 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu, mümkündür, çünki bizim resurslarımız var. Bizim qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız mövcuddur”. Dövlətimizin başçısı çıxışında bir başqa məqama da xüsusi diqqət çəkdi. Bildirdi ki, təbii enerji resurslarından asılılığı nisbətən azaltmaq üçün alternativ enerji mənbələri, o cümlədən yaşıl enerji ilə bağlı ölkəmizin nəzərdə tutduğu layihələr beynəlxalq birlik tərəfindən indidən diqqət mərkəzində saxlanılmalıdır. Bu, ona görə vacibdir ki, ziyanlı yubanmalara növbəti dəfə yol verilməsin. Çünki Azərbaycanın dənizdəki külək enerjisinin potensialı 157 qiqavata, quruda isə külək və günəş enerjisinin proqnozlaşdırılan gücü 27 qiqavata bərabərdir. İşğaldan azad olunmuş torpaqlarımızda 10 qiqavata qədər əlavə potensial mövcuddur. Naxçıvanda müəyyən edilmiş bərpaolunan enerji potensialı imkan verir ki, təkcə bu ərazidə 500 meqavatlıq günəş elektrik stansiyası layihəsi çox qısa müddətdə reallığa çevrilsin. Yaşıl enerji ilə bağlı Məşvərət Şurasının birinci iclasının məhz Bakıda keçirilməsi həm də bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis də bu beynəlxalq tədbirdə iştirak etdi. Rumıniyanın dövlət başçısı tərəfindən səsləndirilən fikirlər Azərbaycanın etibarlı və strateji tərəfdaş statusunun növbəti etirafı demək idi: “İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki, özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu... Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. Biz 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük”. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun dediyi fikirlər isə ölkəmizlə əməkdaşlığa göstərilən beynəlxalq diqqətin miqyasından xəbər verir: “Qlobal artım risk altındadır. Enerji təhlükəsizliyi isə bizi düşündürən birinci məsələdir... Avropa İttifaqı və Azərbaycan artıq çox yaxşı əməkdaşlıq edir. Enerji sahəsində strateji tərəfdaşlığa dair bizim yeni Anlaşma Memorandumumuz Cənub Qaz Dəhlizinin rolunu həm Avropa İttifaqı, həm Azərbaycan üçün gücləndirdi və onun genişlənməsinin dəstəklənməsi məqsədilə ümumi qətiyyətimizi nümayiş etdirdi... Qaz təchizatı sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq bizim diplomatik fəaliyyətimizin genişlənməsi ilə üst-üstə düşür. Həmin qarşılıqlı qətiyyət bu böhranı iqtisadi imkanlara çevirəcək”.

“Mötəbər qonaqların səsləndirdiyi fikirlər həm də ona dəlalət edir ki, Avropa Azərbaycan hakimiyyətinin müstəqil siyasi və iqtisadi kursuna, ən başlıcası, Azərbaycan Prezidentinin ortaya qoyduğu siyasi iradə bütövlüyünə əmindir, - deyən Ü.Quliyev Prezident İlham Əliyevin “Əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik. Əminəm ki, gələn ilin fevralında Bakıda baş tutacaq növbəti görüşümüzdə biz yeni nailiyyətlərimiz barədə danışacağıq” mesajının həmin siyasi qətiyyətin növbəti təsdiqi olduğunu bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib