Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Erkən diaqnostika və müalicə süd vəzi xərçənginə qalib gəlməyə kömək edir VİDEO

Bakı, 9 mart, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında süd vəzi xərçənginə həsr olunmuş “Səsimiz olun” elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə universitetin şəhid həkimlərinin xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransa rəhbərlik edən ATU-nun şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, professor Məlahət Sultanova tədbirin məqsəd və məramı haqqında toplantı iştirakçılarına məlumat verib.

Sonra universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edərək süd vəzi xərçənginin hazırda dünyada ən aktual problemlərdən biri olduğunu qeyd edib: “Dünyanın bütün ölkələrində süd vəzi xərçəngi bədxassəli şişlər arasında birinci yeri tutur və qadınlarda aşkarlanan onkoloji xəstəliklərin 26 faizini təşkil edir. Həmin göstəricinin son 10 ildə proqressiv artması müşahidə olunur. Azərbaycanda süd vəzi xərçənginə rastgəlmə tezliyi son 15 ildə artıb və bu hələ son hədd deyil. Süd vəzi xərçəngi son illər ərzində ölkəmizdə qadınların bütün bədxassəli yenitörəmələr ilə xəstələnmə halları arasında birinci yeri tutaraq 32,3 faiz təşkil edir. Süd vəzi xərçənginin diaqnostika və müalicəsində əldə olunan nailiyyətlərə baxmayaraq, həmin patologiya ilə ölüm hallarının göstəricisi yüksək olaraq qalır”.

Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev çıxışında bildirib ki, rəhbərlik etdiyi tibb müəssisəsi yarandığı gündən indiyədək bir sıra böyük konfranslara ev sahibliyi edib. Bu tədbirlərdə ölkəmizin, eləcə də dünya səviyyəli universitetlərin tanınmış tibb mütəxəssisləri, alimlər iştirak ediblər. Bu konfransın da onlardan biri olduğunu vurğulayan direktor, belə aktual mövzuda tədbiri təşkil edənlərə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Tədris Terapevtik Klinikanın radiologiya şöbəsinin müdiri, mammoloq-radioloq Günel Qəmbərova deyib ki, son illər həyata keçirilən işlərin nəticəsində qadınlar, xüsusilə 35 yaşadək olanlar mütəmadi şəkildə mammoloq konsultasiyasından, ultrasəs müayinədən keçirlər. Bu da həkimlərə xəstəliyə erkən diaqnostika qoymaqda kömək edir: “Dünyada, o cümlədən Azərbaycanda hər 8 qadından birində süd vəzi xərçənginə rast gəlinir. Son dövrlərdə erkən diaqnostikanın aparılmasına nail olmuşuq. Burada maarifləndirmə işləri, televiziya proqramları, sosial media böyük rol oynayır”.

Süd vəzi xəstəliyinin ölkəmizdə daha çox yayıldığını deyən ATU-nun Onkoloji Klinikasının dosenti Nəsimi Qasımov, həmin xəstəliyə dünyada və Azərbaycanda tutulma səviyyəsi, qorunma üsulları, səbəb və nəticələri barədə məlumat verib, xəstəliyin qarşısını almağın onun erkən aşkarlanmasından çox asılı olduğunu söyləyib. Həkim əlavə edib ki, son statistikaya görə, dünyada həmin xəstəliyə düçar olanların sayı 2 milyon 60 min nəfərə çatıb. Onun sözlərinə görə, radioaktiv şüalanma, ağır istehsalat şəraitində işləmək, siqaret çəkmək, gec uşaq dünyaya gətirmək kimi faktorlar süd vəzi xərçənginə daha çox səbəb olur. Həkim qeyd edib ki, 35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Çünki xəstəlik aşkarlanarsa, diaqnozun vaxtında və düzgün qoyulması müalicə taktikasının seçilməsinə köməklik göstərmiş olur.

Sonra proqrama uyğun olaraq Türkiyənin İstanbul Florence Nighitinge Klinikasından professor Vahit Özmen videoformatda konfransa qatılıb və “Süd vəzi xərçənginin cərrahiyyəsinin dünəni və bu günü” mövzusunda məruzə təqdim edib. Eləcə də Milli Onkologiya Mərkəzinin həkim-onkoloqu Samir Qurbanov “Süd vəzi xərçənginin rekonstruktiv əməliyyatları”, Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və terapiyası kafedrasının dosenti Mətanət Pənahova “Süd vəzi xərçəngində elastokiyanın rolu”, Onkoloji Klinikadan tibb üzrə fəlsəfə doktoru Günay Əhmədova “Süd vəzisinin onkoplastikası və alqoritmləri” və digər mütəxəssislər bu sahəyə dair müxtəlif mövzularda təqdimatlarla çıxışlar ediblər. Natiqlər süd vəzi xərçənginin diaqnostikası, profilaktikası, müalicəsinin aktual məqamlarından söhbət açıblar.

Daha sonra süd vəzi xərçəngi diaqnozu qoyulan, o cümlədən əməliyyat olunan bir qrup pasiyentin də fikirləri dinlənilib, onların bu amansız xəstəliklə necə mübarizə apardıqları toplantı iştirakçılarının diqqətinə çatdırılıb.

Erkən diaqnostika və müalicə süd vəzi xərçənginə qalib gəlməyə kömək edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib