Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilər Avropa Şurasında növbəti dəfə ifşa edildilər

Ermənilər Avropa Şurasında növbəti dəfə ifşa edildilər

Strasburq, 25 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ikinci iş günündə ciddi müzakirələr doğuran məsələ ukraynalı deputat, mədəniyyət, elm, təhsil və media komitəsinin sədri Volodimir Arievin hazırladığı “Avropada jurnalistlər əleyhinə hücumlar və mətbuat azadlığı” adlı məruzə olub.

Məruzənin qətnamə hissəsində Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunun və orada mətbuatın, digər sahələr kimi hər cür beynəlxalq nəzarətdən və qanundan kənar olması ayrıca vurğulanması Ermənistanın ciddi narahatlığına səbəb olub. Elə sessiya başlanan ilk gündən ermənilər müxtəlif təxribatlar həyata keçirir, məruzəçiyə təzyiqlər göstərməyə səy göstərirdilər. Bu vəziyyət məruzənin qətnamə layihəsinin mədəniyyət komitəsində müzakirəsi zamanı bütün aydınlığı ilə göründü. Lakin erməni nümayəndə heyətinin bütün canfəşanlığına baxmayaraq komitə separatçı rejimlərin, o cümlədən Dağlıq Qarabağın adının mətndə saxlanmasını zəruri hesab edib. Məruzənin Parlament Assambleyasında müzakirələrində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da çıxış edərək əvvəlcə müasir dövrdə jurnalistin və mətbuatın oynadığı vacib rola diqqət çəkib.

Bildirib ki, jurnalistika bütün gözəllikləri ilə bərabər narahat peşədir. Həmişə və dünyanın hər yerində belə olub, yəqin elə gələcəkdə də bu cür qalacaq. Hətta söz, ifadə azadlığı üçün ən münasib şəraitin yaradıldığı yerlərdə də jurnalist risklərdən uzaq deyil, hər hansı təhlükə ilə üzləşmək ehtimalı da daim mövcuddur. Çünki hansı sözün, hansı informasiyanın, hansı təqdimatın necə çatdırılması və necə qəbul edilməsi həmişə fərdi səciyyəlidir, buna görə də ən fərqli reaksiyaların ortaya çıxa bilməsi mümkündür. 2015-ci ilin aprelindən 2016-cı ilin 28 noyabrına qədər təkcə Avropa Şurasına üzv ölkələrdə 16 jurnalistin qətlə yetirilməsi və 2015-ci ildə də təxminən o qədər acınacaqlı statistikanın varlığı jurnalistin və mətbuatın üzləşdiyi təhlükələrin yalnız bir hissəsidir. Sonu ölümlə nəticələnməsə də, maliyyə problemlərindən tutmuş administrativ əngəllər, mənəvi basqılar, çeşidli təhdidlərə qədər onlarla başqa təzyiq formaları mətbuatı və mətbuat işçisini qarabaqara izləyir.

Jurnalistikanın və mətbuat işçisini necə qorumağın yollarından bəhs edərkən Rafael Hüseynov bunun əsas açarlarından birinin jurnalistlərin özündə, onların peşəkarlıq səviyyəsində olduğunu qeyd edərək deyib: “Mən ömrüm boyu jurnalistika ilə məşğul olmuşam və bu gün də həmin fəaliyyətimi davam etdirirəm. Bu, mənim üçün doğma sahədir və buna görə də hər bir peşəsinə sadiq jurnalisti həmkarım sayır, özümü daim onların yanında olmağa, maraqlarını müdafiə etməyə hazır və borclu bilirəm. Lakin jurnalistikaya təzyiqlər məsələsinin bir sıra aspektləri olduğu kimi jurnalistlərin özlərinin də müəyyən hallarda həm sağlam jurnalistikaya, həm də vicdanlı, obyektiv jurnalistlərə qarşı təzyiq vasitəsinə çevrildiyi hallar istisna deyil. Sirr deyil ki, idarə olunan, sifariş yerinə yetirən, mənəvi qatil rolunu oynayan, müəyyən hallarda elə jurnalistlərə qarşı istifadə edilən muzdlu mətbuat işçiləri və kütləvi informasiya vasitələri də var. Bəzən məhz belə “jurnalistlər” həbs olunanda, qarşıları qanuni vasitələrlə alınanda onlara guya təzyiqlər göstərilməsi haqda elə hay-küy qaldırırlar ki, sanki elə normal jurnalistikanı onlar təmsil edirmişlər və əslində istedadlı, qabiliyyətli, prinsipial, ədalətli jurnalistlər qalır bir kənarda. Digər tərəfdən, jurnalistlərin təhlükələrdən sığortalanmasının onların özlərindən asılı olan bir mühüm tərəfi də var. Jurnalistika alpinizmə çox bənzəyir. Alpinistin peşəkarlıq səviyyəsi nə qədər yüksəkdirsə, onun qayadan aşmaq, yıxılmaq, zədələnmək şansı də bir o qədər azdır. Jurnalist də ən kəskin mövzularda belə ustalığının hesabına elə yaza, faktları elə təqdim edə bilər ki, ona irad tutmaq, onu ittiham etmək, hədəfə götürmək mürəkkəbləşər. Müşahidələr göstərir ki, bir sıra hallarda məhz jurnalistika ilə məşğul olanların özlərinin təcrübəsizliyindənmi, peşəkarlıqlarının yetərincə olmamasındanmı buraxdıqları səhvlər, ehtiyatsızlıqlar ucbatından onlara qarşı məhkəmə iddiaları qaldırılır, cərimələr və sanksiyalar tətbiq edilir, həbslər və digər təzyiqlər də həyata keçirilir. Belə ki, jurnalistin birinci vəzifəsi peşə borcunu ləyaqətlə yerinə yetirməkdirsə, buna paralel ikinci vəzifəsi özünü qoruya bilməkdir. Bu baxımdan, peşəkarlığı daim artırmaq vacibdir. Çünki yüksək peşəkarlıq jurnalistin ən etibarlı zirehidir”.

Məruzədə Azərbaycana aidiyyəti olan məqamlar üzərində dayanan Rafael Hüseynov ölkəmizdə mətbuat həyatında əldə edilmiş uğurların məruzədə ayrıca göstərilməsini müsbət qiymətləndirib. Eyni zamanda, azərbaycanlı deputat ölkəmizin ərazi bütövlüyünün Avropa Şurasının belə ciddi sənədində bir daha xüsusi olaraq qeyd edilməsinə toxunaraq bildirib: “Qış sessiyasının gündəliyində jurnalistlər, geniş ölçüdə mətbuat, söz azadlığı ilə bağlı iki ciddi məruzənin yer alması bu problemlərin siyasi arenada və cəmiyyət həyatında nə qədər əhəmiyyətli yer tutduğuna dəlalət edir. Haqqında fikir bölüşdüyümüz məruzədə Azərbaycana aidiyyəti olan iki məqamla əlaqədar qənaətlərimi bildirmək istərdim.

Əvvələn, mən məruzəçiyə təşəkkür edirəm ki, Azərbaycanı araşdırılan mövzu ilə bağlı inkişafa, uğura nail olmuş ölkə kimi xüsusi qeyd edib. Digər məqam isə məruzədə diqqət mərkəzində olan həssas bir nöqtədir – Azərbaycanın işğal altında olan ərazilərində, o cümlədən Dağlıq Qarabağda və separatçı rejimlərin nəzarətində olan digər məkanlarda mətbuatın, jurnalistin taleyi məsələsi. Qətnamədə haqlı olaraq qanundan kənar, qeyri-şəffaf adlandırılan həmin ərazilərdəki vəziyyətdən ciddi narahatlıq ifadə edilir. Təbii ki, bu anormal halların aradan qaldırılmasının yeganə yolu həmin ərazilərdəki mövcud işğala, separatizmə son qoymaq, bu yerlərdə beynəlxalq nəzarətin tam təmin edilməsinə nail olmaqdır. Separatçının adı separatçı, terrorçunun adı terrormu, işğalçının adı işğalçıdır. Burada ikinci mövqe ola bilməz. Həqiqətin tərəfində olanlar erməni nümayəndələri kimi müxtəlif təxribatlar və yolverilməz üsullarla bu həqiqətlərin ümumi sözlər arxasında gizlədilməsinə deyil, həqiqətlərin açıq şəkildə bəyan edilməsinə tərəfdar çıxmalıdırlar”.

Assambleya üzvlərini məruzəçinin və mədəniyyət komitəsinin ədalətli yanaşmasını müdafiə etməyə, ilk növbədə erməni tərəfinin “Azərbaycana məxsus Dağlıq Qarabağda separatçı rejim” ifadəsini cürbəcür təzyiqlərlə mətndən çıxarmağa cəhdlərini rədd etməyə dəvət edən deputat Rafael Hüseynov vurğulayıb: “Arzu edirəm ki, hücumlar heç vaxt jurnalistə, mətbuata qarşı deyil, həmişə və kütləvi halda bu cür qanuna, haqqa, ədalətə zidd hallara qarşı olsun”.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək