ORDU
Ermənistan ordusunun bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqda davam edirlər VİDEO
Bakı, 11 dekabr, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 59 dəfə pozulub.
Erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Ağstafa rayonunun Köhnəqışlaq, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqelərini atəşə tutublar.
Ermənilər Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Şıxlar, Cəvahirli, Şirvanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.