Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın yeni rəhbərliyi məsuliyyətsiz bəyanatlarla münaqişənin sülh yolu ilə həllində istəkli olmadığını göstərir

Bakı, 26 sentyabr, AZƏRTAC

Tarix boyunca Qoşulmama Hərəkatı Bandunq prinsiplərinə sadiq qalmağı təmin edərək beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində əsas rol oynayıb. Dünyanın üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransının sentyabrın 26-da Nyu-Yorkda “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin dəstəklənməsi: sülh mədəniyyətinə doğru” mövzusunda keçirilən toplantısında deyib.

E.Məmmədyarov deyib ki, ərazi əldə edilməsi üçün güc tətbiq olunmasının yolverilməzliyi prinsipi və beynəlxalq hüququn ciddi pozuntuları nəticəsində yaranmış vəziyyətlərin tanınmaması öhdəliyi universal şəkildə və qeyd-şərtsiz tətbiq olunmalı və gücləndirilməlidir. Nəzərdən keçirilən mövzu ilə bağlı Azərbaycanın mövqeyi məlumdur və bu mövqe ölkənin digər amillər arasında, silahlı təcavüz, etnik təmizləmə və qanunsuz xarici hərbi işğala məruz qalma təcrübəsindən qaynaqlanır.

Nazir bildirib ki, Venesuelanın Margarita adasında 2016-cı ilin sentyabrında keçirilən NAM XVII sammitində dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (Qət/ № 822, 853, 874 və 884) rəğmən, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmamasına, beynəlxalq və regional sülhə və təhlükəsizliyə təhdid yaratmaqda davam etməsinə öz təəssüflərini ifadə etdilər. Bu həmrəylik Hərəkatın bir daha təcavüz, xarici hərbi işğal və etnik təmizləməyə qarşı böyük sədaqətini nümayiş etdirdi.

“Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu gün sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistanın yeni rəhbərliyi ziddiyyətli və məsuliyyətsiz bəyanatlar verərək münaqişənin sülh yolu ilə həllində istəkli olmadığını nümayiş etdirir. Belə təxribatçı yanaşma danışıqlar prosesində müsbət inkişafların əldə olunmasına xidmət etməyəcək və yerində gərgin olan vəziyyəti daha da pisləşdirəcək.

Biz beynəlxalq ictimaiyyəti beynəlxalq hüququn normalarına uyğun hərəkət etməsi və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini həyata keçirməsi üçün Ermənistana güclü ismarıc göndərməyə çağırırıq”, - deyə Elmar Məmmədyarov vurğulayıb.

Nazir qeyd edib ki, Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısı 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək. Sammit çərçivəsində 2019-cu il 10-11 iyun tarixlərində Baş Katiblərin Hazırlıq Yığıncağı və 12-13 iyun tarixlərində Nazirlərin Hazırlıq Yığıncağı keçiriləcək. Bu, bizim üçün 2016-cı ilin sentyabrında Venesuela Bolivar Respublikasının Margarita adasında keçirilən dövlət və hökumət başçılarının görüşü və o vaxtdan etibarən keçirilən nazirlərin görüşündən sonra gördüyümüz işlər nəticəsində əldə etdiyimiz tərəqqini qiymətləndirmək üçün gözəl bir fürsət olacaq.

“Bakı sammiti ilə Azərbaycan Hərəkatın sədrliyini üzərinə götürəcəkdir. Növbəti sədr qismində biz müharibəyə qarşı və sülhsevər qüvvə kimi Hərəkatın rolunun gücləndirilməsi, BMT-nin Nizamnaməsi və Bandunq prinsiplərinin dəstəklənməsi, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması və gücləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Azərbaycan Hərəkata sədrliyini bütün üzv ölkələr üçün kritik bir dövrdə qəbul edir və bu, müasir dünyanın çağırışlarına uyğun və effektiv reaksiyalarımızı tələb edir. Azərbaycanın Hərəkata sədrliyi Bandunq prinsiplərinin (2020) 65 illiyi və NAM-ın yaranmasının 60 illiyi (2021) ilə üst-üstə düşəcəkdir. Hər iki ildönümü bizə bu günədək əldə edilmiş nailiyyətlərdən bəhrələnmək və qarşılaşdığımız çoxşaxəli və ortaya çıxan problemlərə üzv dövlətlərin ümumi baxışı və birləşdirilmiş gücü ilə necə cavab verməli olduğumuzu əks etdirmək üçün mükəmməl bir məqam olacaq”, - deyə nazir Elmar Məmmədyarov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb