SİYASƏT


Eskişehirdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilmişdir

Bakı, 14 dekabr (AZƏRTAC). Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyi (EAD) Eskişehir Anadolu Universitetində xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans təşkil etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, konfransda qardaş ölkənin bu şəhərində çalışan və təhsil alan azərbaycanlılar, Eskişehir Türk Ocağının sədri, bir çox təşkilatların nümayəndələri iştirak etmişlər.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra EAD tərəfindən hazırlanmış ulu öndər Heydər Əliyevin SSRİ dövründə və 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra respublikada bütün sahələrin inkişafı naminə əvəzsiz xidmətlərindən bəhs edən videoçarx göstərilmişdir.

EAD sədrinin köməkçisi Sırac Yaquboğlu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri barədə məlumat vermişdir.

Konfransda çıxış edən azərbaycanlı alimlər Tamilla Əliyeva və Ələddin Şamilov ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər.

EAD-nin sədri Cavid Aydın ümummilli lider Heydər Əliyevin xatirəsinin daima böyük ehtiram və hörmətlə yad edildiyini bildirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.