DÜNYA


Estoniya hökuməti ictimai televiziya üçün yeni bina inşa edəcək

Tallinn, 18 avqust, AZƏRTAC

Estoniya hökuməti ictimai televiziyanın yeni binasının inşası üçün 22 milyon avro büdcə ayırıb.

AZƏRTAC xəbər verir ki, köhnə bina dəfələrlə problemlərlə üzləşib. Bunlara misal olaraq lazımi təhlükəsizlik şərtlərinə əməl olunmaması, enerji təchizatında yaranan problemlər və binanın həddindən artıq köhnə olmasıdır.

Yeni binada, eyni zamanda, radio və xəbərlər evi, həmçinin əsas xəbər agentlikləri yerləşəcək. Burada 400 nəfər çalışacaq. Köhnə bina isə açıq hərraca çıxarılacaq.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.