“Expressbank” müştərilərə bank kartları üzrə yeni xidmətlər təqdim edir
AzerTAg.az
Bakı, 10 sentyabr (AZƏRTAC). “Expressbank” müştərilərə bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərlər.
Bankdan AZƏRTAC-a bildirilib ki, pul köçürmələri manat və ya ABŞ dolları ilə həyata keçirilir. Azərbaycan banklarının kart sahiblərinə pul göndərərkən 1 faizədək, MDB ölkələri üzrə isə 1,5 faizədək məbləğ tutulur.
“Expressbank” müştərilərə 6 manatdan başlayaraq Visa və MasterCard kartları təqdim edir. Hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını pulsuz əldə etmək olar. Hesabda olan məbləği bankın bankomatlarında nağdlaşdıran zaman heç bir məbləğ tutulmur.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən (www.facebook.com/Expressbank) almaq mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var