İQTİSADİYYAT


“Expressbank”ın bankomatlarında “China UnionPay” kartları ilə əməliyyatlar aparmaq mümkün olacaq

Bakı, 20 noyabr, AZƏRTAC

Gələn həftədən etibarən “Expressbank”ın bankomat və POS terminallarında emissiya etdiyi kartların sayına görə dünya lideri “China UnionPay” kartları ilə əməliyyatlar aparmaq mümkün olacaq.

Bankdan AZƏRTAC-a bildirilib ki, Çinin Milli ödəniş sistemi olan “UnionPay” 2002-ci ildə yaradılıb. 2003-cü ildə isə bütün dünyada keçərli olan və hamı tərəfindən qəbul olunan standartlara malik “UnionPay” bank kartını təqdim edib. Hazırda “UnionPay” dünyanın 140-dək ölkəsində işləyir və ümumilikdə 3,5 milyarda yaxın kart emissiya edilib.

Xatırladaq ki, “Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Bankın ölkə üzrə 80-dək bankomatı, 5 minədək POS terminalı və 100-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən (www.facebook.com/Expressbank) əldə etmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.