İQTİSADİYYAT
“Expressbank”ın müştəriləri “Mücrü” əmanət hesabı ilə əmanətlərini artıra bilərlər
Bakı, 4 iyun (AZƏRTAC). “Expressbank”ın müştəriləri “Mücrü” əmanət növü üzrə əmanətlərini həm bankın korporativ saytı, həm də “ExpressPay” ödəniş terminalları vasitəsilə istənilən vaxt artıra bilərlər. “ExpressPay” ödəniş terminalları bankın bütün 17 filialında mövcuddur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, müştərilər “Mücrü” əmanət hesabını artırmaq üçün 1,2,3 illik müddətə bankda yerləşdirə bilərlər. Əmanətin maksimal illik faiz dərəcəsi 12 faiz təşkil edir. Hesabı açmaq üçün minimal məbləğ 100 manat /USD/EUR, əlavə olunan məbləğ isə minimum 50 manat/USD/EUR təşkil edir.
Müştərilərin istəyindən asılı olaraq faizlər aylıq və ya müddətin sonunda ödənilə bilər. Hesab sahiblərinə plastik kart hədiyyə olunur.
Bundan əlavə “Mücrü” əmanət sahibləri əmanətin 80 faizədək məbləğində kreditdən və ya kredit xəttindən istifadə edə bilərlər. Kreditin faiz dərəcəsi əmanətin müqavilə üzrə faiz dərəcəsinə 4 faiz əlavə olunaraq təyin olunur. Kredit müqaviləsinin müddəti əmanət müqaviləsi müddətinin çərçivəsində müəyyən olunur.
Əlavə məlumatı 132 Məlumat Mərkəzinə zəng etməklə və ya www.expressbank.az saytından və bankın rəsmi facebook www.facebook.com/Expressbank səhifəsindən əldə etmək olar.