Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 9 dekabr, P.İmanova, AZƏRTAC

Dekabrın 9-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Əvvəlcə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən şairin yaradıcılığına həsr olunan sərgi nümayiş etdirilib.

Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rusiya, Özbəkistan, Tacikistan və Türkiyədən nümayəndələr iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Qeyd edib ki, məhz bu Sərəncamın icrası istiqamətində respublikamızda və onun hüdudlarından kənarda şairin yubileyi münasibətilə silsilə tədbirlər keçirilib, o cümlədən AMEA-da Nəsimi ilə bağlı müxtəlif konfranslar, elmi sessiyalar təşkil edilib, şairin əsərləri 11 dildə nəşr olunub və alimlərimiz həmin əsərlərə müqəddimə və şərhlər yazıblar. Akademik İ.Həbibbəyli konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.

Akademiyanın vitse-prezidenti vurğulayıb ki, ulu öndər Heydər Əliyev tərəfindən Nəsimi irsinin sistemli tədqiqi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin anadan olmasının 600 illik yubileyi UNESKO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, Nəsiminin Bakıda heykəli ucaldılıb, onun fəlsəfəsini işıqlandıran bədii film çəkilib, əsərləri ana dilində kütləvi nəşr olunub. Məhz həmin illərdə görülmüş tədbirlər nəticəsində bütün dünyaya Nəsiminin Azərbaycan şairi olması nümayiş etdirilib.

“Nəsimi bütün Şərq miqyasında tanınan, ölkəmizin üfüqlərini onun sərhədlərindən uzaqlara apara bilən qüdrətli Azərbaycan şairi və mütəfəkkiridir” - deyən akademik İ.Həbibbəyli cari ildə AMEA-da Nəsimi yaradıcılığına həsr olunan 19 kitabın çap edildiyini, daha bir neçə əsərin nəşrinin isə nəzərdə tutulduğunu vurğulayıb. Qeyd edib ki, AMEA-nın nəsimişünaslığını təşkil edən bu kitablar üçün səciyyəvi cəhətlər Nəsimi fəlsəfəsinin dahi şairin mənsub olduğu xalqın milli-mənəvi dəyərləri ilə birgə təqdim olunmasıdır: “Aparılan son tədqiqatlar fonunda Nəsimi irsini bir daha dəyərləndirmək və onun əzəmətli obrazını yenidən canlandırmaq mümkündür”.

Nəsimi şeiriyyatını Nizami Gəncəvidən sonrakı və Məhəmməd Füzulidən əvvəlki dövrün ən böyük ədəbiyyat zirvəsi adlandıran İ.Həbibbəyli qeyd edib ki, kamil insan konsepsiyasının yaradıcısı olan şair öz yaradıcılığında insanın mənəvi cəhətdən təkmilləşməsini cəmiyyətin inkişafının əsası kimi təbliğ edib.

Böyük mütəfəkkirin ideyalarının müasir dövrdə də davam etdirildiyini deyən AMEA-nın vitse-prezidenti yeni nəsillərin insanın mənəvi kamilləşməsi istiqamətində tərbiyə edilməsində Nəsimi irsinin xüsusi rolunu qeyd edib. O, ədibin həyatının faciəvi sonluğunun onun kamil insan uğrunda mübarizə aparan şair-qəhrəman kimi özünütəsdiqinin ifadəsi olduğunu diqqətə çatdırıb.

Sonda İ.Həbibbəyli bu gün keçirilən konfansın 2019-cu il ərzində AMEA-da Nəsimi irsinin tədqiqi və təbliği ilə bağlı görülən işlərin yekunu olduğunu vurğulayıb, tədbirin işinə uğurlar arzulayıb.

Plenar iclasda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Nəsimi Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, bütün dünya ədəbiyyatının ən cəsarətli şairlərindən hesab olunur. Nəsiminin yenilməz bir şəxsiyyət olduğunu, bütün əzab-əziyyətlərə rəğmən öz yolundan dönmədiyini söyləyən akademik şairin həqiqət carçısı kimi ədəbiyyat tarixində iz qoyduğunu deyib.

R.Hüseynov Nəsiminin yaradıcılığının ilk dəfə 1926-cı ildə Salman Mümtaz tərəfindən Azərbaycan oxucusuna təqdim olunduğunu, şeirlərinin kitab şəklində dərc etdirildiyini diqqətə çatdırıb. O, eyni zamanda, orta əsrlərdə Nəsiminin şeirlərinə çəkilmiş 20-yə yaxın miniatürün əldə edilərək həmin kitabda dərc olunduğunu vurğulayıb. Əlavə edib ki, nəsimişünaslığın böyük yolu məhz S.Mümtazın araşdırmalarından başlayır.

“Nəsimi yeganə Azərbaycan şairidir ki, dünyanın ən böyük elm, mədəniyyət, təhsil təşkilatı olan UNESKO tərəfindən yubileyi üç dəfə (1973-cü ildə anadan olmasının 600, 2017-ci ildə vəfatının 600, 2019-cu ildə isə anadan olmasının 650 illik yubileyi) qeyd olunub. Tarixboyu müxtəlif tədqiqatçılar tərəfindən görkəmli şair Nəsiminin Şamaxı, Bakı və Təbriz, Gəncə və Dərbənddə anadan olmasına dair fikirlər irəli sürülsə də, həqiqətlərin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin qətiyyəti sayəsində Nəsiminin Azərbaycan şairi olması məntiqi dəlillərlə sübut olunub”, - deyə R.Hüseynov qeyd edib.

Sonda akademik R.Hüseynov Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında ölkəmizin bütün regionlarında ümumilikdə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirib, əkilən ağacların Nəsimi fəlsəfəsi kimi uzun illər yaşayacağına əminliyini ifadə edib.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nəsimi irsinin tədqiqi və müasirlik” mövzusunda çıxış edib.

Gövhər Baxşəliyeva bildirib ki, dövlət başçısı tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili”elan olunması ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. “Nəsimi ili” ölkəmizdə nəsimişünaslığın inkişafına, böyük mütəfəkkirin irsinin, şairin ideallarının populyarlaşmasına böyük təkan verərək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdırır.

Akademik qeyd edib ki, Nəsimi – böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Nəsiminin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaragüruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı “ənə-l-həq” deyən insanın möhtəşəm üsyanıdır. Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərir.

“Nəsimi irsinin dəyəri və əhəmiyyəti isə üç amillə - Nəsiminin yaradıcılığının sosial-fəlsəfi və ümumbəşəri mahiyyəti, onun insan mərkəzli düşüncəsi, etnik və dini fərqlərin fövqündə dayanaraq bəşəri vəhdəti tərənnüm etməsi, Nəsimi şeirinin yüksək poetik səviyyəsi və bədii təsir gücü və şairin ədəbi dil tariximizdə müstəsna rolu və xidmətləri ilə bağlıdır”, - deyə G.Baxşəliyeva qeyd edib.

Özbəkistan Elmlər Akademiyası Ədəbiyyat, Dil və Folklor İnstitutunun əməkdaşı Erqaş Oçilov, Tacikistan Dövlət Dillər İnstitutunun dosenti, Ruxşona Vasiyeva, Rusiya Fəlsəfə Cəmiyyətinin beynəlxalq məsələlər üzrə vitse-prezidentinin müavini, fəlsəfə üzrə elmlər doktoru Ariz Gözəlov, Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, dosent Fəridə Əzizova və başqaları Nəsiminin yaradıcılığından söz açıb, dahi şairin zəngin irsinin Azərbaycan xalqının bədii-fəlsəfi fikir tarixində müsbət rol oynadığını qeyd ediblər.

Konfrans işini bölmə iclasları ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ