Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Eyni tərcümə mətnlərinin sayı artdıqca keyfiyyət də artır

Eyni tərcümə mətnlərinin sayı artdıqca keyfiyyət də artır

Bakı, 10 sentyabr, AZƏRTAC

Bu günlərdə Dövlət Tərcümə Mərkəzi tərəfindən Tövrat kitabı işıq üzü görüb. Bu münasibətlə yazıçı-jurnalist Qanturalı Tövratı ana dilimizə tərcümə edən tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçiddən müsahibə alıb. AZƏRTAC həmin müsahibəni oxuculara təqdim edir.

– Tövratın dilimizə tərcüməsinin kulturoloji mahiyyəti ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, Tövratın tərcüməsi ölkəmizin ədəbi-mədəni həyatına hansı töhfələri verə bilər?

– Birincisi, elə bir dövrdə yaşayırıq ki, insanların mədəni səviyyəsini ölçən universal kulturoloji biliklər olmadan yüksək materiya haqqında danışmaq mümkün deyil. Dünya dinlərini təmsil edən sakral mətnlər bu və ya digər dərəcədə tarix, fəlsəfə, sosiologiya və s. kimi bütün sosial və humanitar elmlərə aid məsələləri özündə ehtiva edir. Müasir cəmiyyətlərin mədəniyyətini anlamaq, dərk etmək istəyiriksə, ilk növbədə, onun uzaq tarixi keçmişə dayanan qaynaqlarını öyrənməliyik. Bu mənada iudaizm təkcə din deyil, həm də ayrıca mədəniyyət-sivilizasiya tipidir. Bütün tarixi gedişat bunu göstərir. Bütün dünya bütlərə pərəstiş elədiyi zamanlarda ilk dəfə Avram həqiqəti bəyan edib ki, Tanrı təkdir.

İkincisi, Zəbur, İncil və Quranla birgə Tövrat da islamda müqəddəs kitab sayılır. İslam, əslində, şərti olaraq “Avram – İbrahim moneteizmi” adlandıra biləcəyimiz böyük bir fenomenin tərkib hissəsidir. Bu moneteizmin qollarından biri iudaizm, digəri xristianlıq, üçüncüsü isə İslamdır. Bu dinlərin hər biri bənzər dünya şəklinə, oxşar və ya eyni mifologiyaya və təsəvvürlərə istinad edir.

Üçüncüsü, Tövratın dilimizə tərcüməsi Azərbaycanda tərcümə məktəbinin formalaşması işinə öz töhfəsini verə, sakral mətnlərin tərcüməsi praktikasını zənginləşdirə bilər. Sirr deyil ki, Tövrat dünyada ən çox tərcümə olunan kitablardandır. Bəzən bir dildə Tövratın 6-7 tərcümə versiyası olur.

– Maraqlıdır ki, qədimdə yəhudi müdrikləri Tövratın başqa dillərə tərcümə edilməsinin əleyhinə çıxırdılar…

– Elədir, amma bu, iudazmin bəzi ezoterik kultlar kimi, “gizli din” olmasına dəlalət etmir, sadəcə, həmin müdriklər tərcümədə “həqiqət”in təhrif olunacağından qorxurdular. O zamanlar tərcümə elmi yox idi, amma adekvatlıq və şəffaflıq kimi əbədi tərcümə problemləri ilə onlar da tanış idilər. İş burasındadır ki, o vaxtlar dildən dilə çevirmə anlayışını ifadə etmək üçün “targum” sözündən istifadə olunurdu. Bizim “tərcümə” sözü də buradandır, akkad dilindən götürülüb. Amma o vaxtlar “mutargeman” təkcə tərcüməçi deyildi, o daha çox şərh verir və təfsirlə məşğul olurdu. Bu isə, istər-istəməz, tərcüməçini mətləbdən uzaqlaşdırır, orijinal mətnin təhrif olunmasına gətirib çıxarırdı. Ona görə, Tövratın təəssübkeşləri bu cür tərcümədənsə, ümumiyyətlə, mətnin tərcümə olunmamasını üstün tuturdular. Amma neyləmək olar, üzərindən yüz illər keçib və yenə də tərcümə mətnləri yalnız versiya və interpretasiya sayılır.

– Tərcümə prosesində hansı problemlərlə qarşılaşdınız?

– Bu tip mətnlərin tərcüməsi ənənəsində auditoriyanın xarakterindən asılı olaraq müxtəlif yanaşmalar var. Məsələn ixtisaslaşmış insanlar və sonrakı elmi araşdırmalar üçün hərfi, daha doğrusu sözbəsöz tərcümə mətnləri ərsəyə gətirilib. Bunları nə qədər diqqətlə oxusan da heç nə anlamayacaqsan. Digər yanaşmanı şərti olaraq semantik tərcümə adlandırmaq olar. Bu, nisbətən sadələşdirilmiş variantdır, mətnə yerləşdirilmiş şərhlər tərcümənin keyfiyyətinə xələl gətirir. Bu mətnlər daha çox insanların qrup halında öyrənməsi üçündür. Başqa yanaşmalar da mövcuddur. İstənilən halda nəzərə almaq lazımdır ki, hansı zamana, mədəniyyətə aid olmasından asılı olmayaraq mətn kommunikativ səciyyə daşıyır. Ona görə bir tərcüməçi kimi sizin seçiminiz və refleksiyanız böyük ölçüdə oxucunun marağını da şərtləndirir. Yəni tərcüməçi oxucu ilə mətn arasında əngəl olmamalı, əksinə, vasitəçi rolunda çıxış etməlidir. Mən bu kitabın tərcüməsinə böyük əmək sərf etmişəm, Bakı dağ yəhudiləri sinaqoqunun ravvinləri ilə çoxlu məsləhətləşmələr aparmışıq. Orada elə məsələlər var ki, mütəxəssislərin özləri üçün də birmənalı yozumu yoxdur. Bütün bunları ifadə etməyin forması və üsulları haqqında da baş sındırmalı olduq. İlk dəfə burada öyrəndim ki, Tövratı təfsir etməyin düz on üç üsulu və ya qaydası var.

Doğrudur, kitabın tərcüməsinin müəllifliyi mənə aiddir, amma bu işi mənə həvalə edən və prosesi daim diqqətdə saxlayan Mərkəzin sədri Afaq Məsuddan tutmuş, məsləhətçilərə, redaktorlara, korrektorlara və nəşriyyat işlərini həyata keçirən adamlara qədər, hər kəsin burada böyük əməyi var.

– Tövratın strukturu haqqında nə deyə bilərsiniz?

– Tövrat özü beş kitabdan ibarətdir. Burada hadisələrin xronoloji ardıcıllığının özünəxas özəlliyi var, yəni onlar heç də həmişə gözlənmir. Hətta Talmudda belə bir qayda təsbit olunur: “Tövratda əvvəl və axır məsələsi yoxdur”. Amma yenə də “bələdçi” qismində şərti olaraq beş kitabdan söhbət gedir: “Yaradılış”, “Çıxış”, “Leyvililər”, “Saylar” və “Qanunların təkrarı”. Burada dünyanın yaradılışından tutmuş, yəhudilərin Misirdə məskunlaşması və məlum məsələlərdən sonra Tanrının vəd etdiyi torpaqlara üz tutması olaylarına qədər, böyük bir tarixi period əhatə olunur. Amma, bildiyimiz kimi, “Tövrat”ın özü “yəhudi bibliyası” “Tanax”ın təşkil olunduğu kitablardan, daha doğrusu onun üç bölməsindən yalnız biridir. “Tanax” sözü abbreviaturadır: “Tövrat” (“Törə, qanun, təlim”), “Neviim” (Peyğəmbərlər) və “Ktuvim” (Müqəddəs yazılar) başlıqlarından düzəldilib.

– Bir yazıçı kimi sizi Tövratda cəlb edən nə oldu?

– Təbii, təhsilim və məşğul olduğum sahənin özəlliyi belədir ki, bütün mətnlərə çox zaman teoloq və ya kulturoloq kimi yox, məhz yazıçı gözüylə baxmalı olursan. Bu tip mətnlərin bədii siqlətini müəyyən etmək üçün Tövrat, İncil və Quran süjetləri əsasında yazılmış saysız-hesabsız bədii və fəlsəfi əsərlərə, təsviri incəsənət nümunələrinə ötəri göz yetirmək kifayətdir. Bu, həmin mətnlərin ümumi xarakteristikasından irəli gəlir. Amma Tövratda yazıçının marağını çəkən bir özəllik var: bu kitabın nazil olması ilə bağlı kanonik təsəvvürlərə uyğun olmasa da, adama elə gəlir ki, əsər hansısa dahi bir müəllif tərəfindən qələmə alınıb. İlk dəfə “Kitabi-Dədə Qorqud”u oxuyanda belə bir hiss keçirmişdim. Tövratla “Dədə Qorqud”u müqayisə etmək istəmirəm, amma bu kitabların hər ikisi bənzərsiz bədii əsər kimi oxunur. “Dədə Qorqud” onsuz da bədii əsərdir, amma onun poetikası elədir ki, öz süjeti, obrazlar sistemi, fabula peripetiyaları, üslubi özəllikləri etibarilə məhz yazılı ədəbiyyat, yəni konkret müəllifi olan möhtəşəm əsər təsiri bağışlayır. “Dədə Qorqud”u digər eposlardan fərqləndirən də budur: bu hekayətləri aşıqların və ya söyləyicilərin dilindən eşitməzsiniz, onları yalnız oxumaq olar.

Tövratı digər bənzər tekstlərdən fərqləndirən cəhətlərdən də danışa bilərik. Məsələn, iudaizmdə qadınlar da peyğəmbər ola bilir. Tövratın özəlliklərindən biri də budur ki, burada Tanrının iradəsini yerinə yetirməyə təşviq və ya motivə etmək üçün cənnət həzzi və cəhənnəm qorxusu kimi məsələlərdən istifadə olunmur. Ağır günah işlədənlər uzağı ölümə məhkum edilir və ya sadəcə ömrü gödəldilir. Vəssalam. Tövrat personajlarının uzun ömür sürdüyünü nəzərə alsaq, bunun özü də yüngül cəza deyildi. Məsələn, Adəm doqquz yüz otuz il, Noax (Nuh) doqquz yüz əlli il və s. yaş yaşamışdı. Musa isə öləndə vur-tut yüz iyirmi yaşındaydı. Burada yazılır ki, Musa öləndə gözü iti, canı sağlam idi.

– Belə çıxır ki, Tövrat zamanına görə Musa cavan ölüb?

– Belə çıxır. Ümumiyyətlə, Musa çox keşməkeşli həyat yaşayıb. Tövratı, əslində, Musanın kitabı adlandırırlar, bu da təsadüfi deyil. İsrail soylarını birləşdirib, bütöv xalq kimi formalaşdıran, iudaizmin əsasını qoyan, yəhudiləri Misirdən, Fironun zülmündən qurtarıb Tanrının vəd etdiyi torpaqlara aparan, onları Rəbbin yolundan çıxmağa qoymayan məhz Musadır. Maraqlıdır ki, xalqı Rəbbin vəd etdiyi torpaqlara qədər gətirib çıxaran Musaya həmin torpaqlara ayaq basmağa icazə verilmir. Rəbb Musanı dağın belinə çağırır, vəd etdiyi torpaqları ona göstərir. Bundan sonra Musa elə oradaca canını tapşırır. Musanın bir bədii obraz kimi əvəzi yoxdur.

– Azərbaycan dilinə Tövratın adekvat tərcüməsinin gecikməsini nə ilə əlaqələndirə bilərsiniz?

– Qeyd etdiyim kimi, Tövrat və bu tipli sakral mətnlər eyni dilə dəfələrlə tərcümə olunur. Fərqli tərcümə praktikalarından irəli gələn yanaşmalar tərcümə mətninin keyfiyyətinə, adekvatlılığına və mətnin doğru-düzgün qavranılmasını şərtləndirən digər amillərə təsir etməyə bilməz. Mən Tövratın ayrı-ayrı bölmələrini və bütünlüklə mətni tərcümə etmiş insanlarımızın əməyini yüksək qiymətləndirirəm. Yenə deyirəm ki, əgər tərcümə mətni açıq-aşkar profanasiya deyilsə, deməli, tərcüməçinin öz kvalifikasiyasına uyğun versiyasıdır. Ona görə, eyni tərcümə mətnlərinin sayı çoxaldıqca, keyfiyyət də artır. Yerdə qalan məsələlər oxucuların və mütəxəssislərin seçiminə bağlıdır. Mənim bu tərcümələrə qiymət verməyim doğru olmazdı. Güman edirəm ki, bizim mətn bütün tərcümə standartlarına və günümüzün tələblərinə cavab verir.

– Türkdilli xalq olan xəzərlər tarixdə iudaizmə sitayiş edən yeganə qeyri-yəhudi xalq olmuşdur. Xəzərlərin bu seçim ilə bağlı mülahizələriniz maraqlıdır...

– Xəzərlərin yəhudi dinini qəbul etməsi ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəzi antisemit əhval-ruhiyyəli insanlar tarixi sənədləri belə şübhə altına almağa çalışır: “Qüdrətli bir dövlət “qulların din”ini necə qəbul edə bilərdi?” – deyə. Həm də axı iudaizm yəhudilərin milli dini sayılır. Lakin fakt faktlığında qalır. Sizin sualınıza ən yaxşı cavabı Xəzər dövlətinin faktiki hökmdarı, dövləti xaqanın adından idarə edən İosif ben Aaron verir. X əsrin ortalarında Kordovo xilafətinin yüksək çinli məmuru Xasday ibn Şafruta yazdığı məktubdan bəlli olur ki, iudaizm İosifin babası Bulan tərəfindən, xristian, islam və yəhudi din xadimləri arasında uzun sürən disputlardan sonra qəbul olunub. Bəlkə də ərəblərin və Bizansın təsirindən qorunmaq və müstəqil qüvvə kimi qalmaq üçün Bulan bu seçimi etmişdi. Digər tərəfdən xəzərləri yəhudilərin itirilmiş soylarından biri kimi qəbul edən tədqiqatçılar da az deyil. İstənilən halda bu, bizim tariximizin zənginliyindən xəbər verir.

– Söz düşmüşkən, Xəzər dövləti, onun tarixi ilə bağlı bilgilərdən məlumatlı insanlarımız elə də çox deyil, bunu nə ilə izah etmək olar?

– Ötən illərdə Rusiyanın tanınmış yazıçılarından Georgi Pryaxinin “Xəzər yuxuları2 romanını tərcümə eləmişdim. Pryaxin SSRİ Prezidenti Qorbaçovun müşaviri olub, müxtəlif vəzifələrdə çalışıb. Ata tərəfdən özbəkdir, deyəsən Buxara əmirinin nəslindəndir. Ata-babası repressiya olunub, özü də yetimxanada böyüyüb. Sözüm onda deyil, müəyyən mənada avtobioqrafik səciyyə daşıyan “Xəzər yuxuları”nı oxuyub təsirlənməmək mümkün deyil.

Sirr deyil ki, xəzərlərin tarixinə müəyyən ögey münasibət var. 1949-cu ildə arxeoloq Mixail Artamonov Don çayının sol sahilində, Simlyansk adlanan ərazidə tarixi Xəzər dövlətinin şimal-qərbdəki vacib forpostlarından biri – Sarkel şəhərinin qalıqlarını aşkarlamışdı. Kərpicdən tikilmiş o böyük şəhərin və qiyməti olmayan arxeoloji tapıntının indi yalnız şəkilləri qalır. Üstündən iki il keçmiş Don çayının suyunu buraxıb şəhərin yerində elə bir səmərəsi olmayan Simlyansk su anbarı düzəldiblər. Buna nə qiymət vermək olar?

– Azərbaycan və İsrail arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bunun əməli nəticələrini Vətən müharibəsi dövründə əyani şəkildə müşahidə etdik.

– Yəhudilər haqqında müxtəlif stereotiplər var, amma mənə görə bir şey şəksizdir: onlar yaxşılığı unutmayan xalqdır. 1492-ci ildə İspaniyada kral fərmanına əsasən yəhudilərə ölkəni tərk etməsi üçün üç ay vaxt verilirdi. Onlar ya xristianlığı qəbul etməli, ya da baş götürüb getməliydilər. Bu zaman onlara qiymətli əşyalarını götürməyə belə icazə verilmirdi. Bundan xəbər tutan Sultan Bəyazid bütöv bir donanma göndərib İspaniya, Portuqaliya və Avropanın digər ölkələrində sıxışdırılan, ölümlə hədələnən on minlərlə yəhudini Osmanlı torpaqlarına gətirtmiş, onlara sığınacaq vermişdi. Azərbaycanda da yəhudilər tarix boyu heç vaxt milli-etnik zəmində fərqli münasibət görməyiblər – monoetnik Ermənistandan fərqli olaraq. Bundan başqa, müəyyən mənada xəzər identikliyini, tarixi aurasını yaşadan insanlar kimi bizə əzəli bir simpatiyaları var. Ölkələrimiz və xalqlarımız arasında xoş münasibətləri şərtləndirən başqa amillər də var. Bütün bunların fonunda Tövrat kimi möhtəşəm bir əsərin dilimizə tərcüməsi olduqca əlamətdar hadisədir. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin inkişafına və daha da möhkəmlənməsi işinə azacıq da olsa töhfə verə bilmişiksə, bu çox xoşdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək