CƏMİYYƏT
FHN: Yardımlının Şıxlar kəndi yaxınlığında meşə zolağındakı yanğın məhdudlaşdırılıb
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 5-də Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğın məhdudlaşdırılıb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat veriblər. Məlumatda deyilir ki, ərazidə açıq alov yoxdur, bəzi yerlərdə tüstülənmə mənbələri var. Hazırda həmin tüstülənmə mənbələrinin söndürülməsi işləri həyata keçirilir. Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.
Yanğınsöndürmə işlərinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 90 nəfər canlı qüvvəsi, 3 yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 180 nəfər əməkdaşı və yerli əhali cəlb olunub.
Əlavə məlumat veriləcək.