DÜNYA
FİFA YENİ REYTİNQ CƏDVƏLİNİ YAYMIŞDIR AZƏRBAYCAN 400 XALLA 118-Cİ YERDƏDİR
AZƏRTAC xəbər verir ki, avqustun 4-də FİFA-nın rəsmi saytında dünyanın yığma futbol komandalarının yeni reytinqi açıqlanmışdır. Nəzəri cəlb edəcək əsas məqam Argentina yığmasının 11-ci yerdən 3-cü yerə çıxması olmuşdur. Bu, komandanın Peruda başa çatmış Amerika kuboku uğrunda yarışların finalına cıxmasının nəticəsidir.
Ən güclü üç milli komanda əvvəlki reytinqdə olduğu kimi Braziliya, Fransa və İspaniya yığmalarıdır. Uruqvay komandası da böyük tərəqqiyə nail olmuş, on üç pillə qalxaraq, 19-cu yeri tutmuşdur.
Rusiya komandası bir pillə aşağı düşmüşdür və indi 27-ci yeri tutaraq, Səudiyyə Ərəbistanı kimi dünya futbolu “qrantı”nın qonşusu olmuşdur.
Postsovet ölkələrindən Özbəkistan komandası Asiya kuboku uğrunda yarışların dörddə bir finalına çıxması sayəsində reytinq cədvəlində 29-cu yerə sıçramış və keçmiş SSRİ ölkələri arasında Rusiya yığmasından sonra ikinci olmuşdur.
FİFA-nın avqustun 4-nə olan reytinq cədvəlində ən güclü 10 komanda aşağıdakılardır: Braziliya, Fransa, İspaniya, Argentina, Çexiya, Hollandiya, İngiltərə, Meksika, İtaliya, Türkiyə.