İQTİSADİYYAT


Fəaliyyətini müvəqqəti dayandıran şirkətin ƏDV öhdəliyi ləğv olunurmu?

Fəaliyyətini müvəqqəti dayandıran şirkətin
ƏDV öhdəliyi ləğv olunurmu?

Bakı, 6 oktyabr, AZƏRTAC

Bəzi şirkətlər bu və ya digər səbəblərdən fəaliyyətlərini müvəqqəti dayandırırlar. Əgər ƏDV ödəyicisi olan şirkət fəaliyyətini müvəqqəti dayandırmaq haqqında qərar verirsə, ƏDV öhdəliyi ləğv olunacaqmı?

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Aytən Abdıyevanın sözlərinə görə, Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan hallar istisna edilməklə ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur.

Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergiödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

“Bu zaman ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergiödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər”, - deyə iqtisadçı qeyd edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.