Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri elan olunub

Bakı, 14 iyul, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) “Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” mövzusunda təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramının sosial-iqtisadi əhəmiyyətinin, habelə proqramın icrası nəticəsində işsiz və işaxtaran şəxslərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını quraraq özünüməşğulluq imkanlarına yiyələnmələri istiqamətində aparılan işlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması məqsədinə xidmət edib.

Müsabiqənin nəticələrinin elan olunması ilə əlaqədar keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası dünyada narahatlıq doğuran proseslərin artdığı son dövrlərdə də Azərbaycanda dinamik iqtisadi artıma, eyni zamanda, əmək bazarında müsbət meyillərin davam etməsinə imkan verib: “Ölkədə iqtisadi şaxələndirmənin sürətləndirilməsi, yeni sənaye zonalarının yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi nəticəsində yeni iş yerlərinin açılmasının daimi prosesə çevrilməsi əmək bazarında sabitliyə, işsizliyin aşağı səviyyədə saxlanmasına şərait yaradıb. Eyni zamanda, dövlətimizin başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü çərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləri əhalinin məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayır”.

S.Müslümov əmək resurslarının səmərəli məşğulluğunun təminatında dövlətimizin başçısının müvafiq Sərəncamının yeni imkanlar açdığını diqqətə çatdırıb. Nazir bildirib ki, Sərəncama əsasən icra olunan özünüməşğulluq proqramı yerli və beynəlxalq praktikada həm sosial, həm iqtisadi baxımdan özünü uğurla doğruldan özünüməşğulluq amili əsasında dövlət məşğulluq siyasətinin daha da güclənməsinə səbəb olub.

Nazir hazırda işsiz və işaxtaran vətəndaşlar tərəfindən özünüməşğulluq proqramına böyük maraq olduğunu və işsizlikdən sığorta sisteminin tətbiqinin bu proqramı gələcəkdə daha geniş müstəvidə tətbiq etməyə imkan verəcəyini bildirib.

S.Müslümov qeyd edib ki, Sərəncamın icrasına hazırlıq işləri Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mərhələli şəkildə həyata keçirilib: “Proqramda iştirak üçün müvafiq təlim kurslarını bitirmiş və biznes-planları uğurlu hesab edilən 1400 nəfər müəyyən olunub. Onlardan 322-si qadın, 303-ü gənclərdir. Bu proqramdan əvvəl özünüməşğulluq üzrə icra olunmuş və uğurla nəticələnmiş iki pilot layihədən biri məhz əlilliyi olan şəxsləri əhatə etmişdi. Müsbət haldır ki, hazırkı özünüməşğulluq proqramında iştirak hüququ qazananlar sırasında da 51 nəfər əlilliyi olan şəxs var. Beləliklə, cari ilin fevralından uğurlu biznes-planlara malik işsiz və işaxtaran şəxslərin aktivlərlə təminatına başlanılıb. Artıq 810 nəfərə aktivlər (mal və materiallar) verilib. Onlar bu aktivlər hesabına ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Aktivlərin verilməsi prosesinin gələn ay yekunlaşdırılması planlaşdırılır”.

S.Müslümov bildirib ki, özünüməşğulluğun təminatı ilə bərabər, ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına, qeyri-neft sahələrində istehsalın artımına və s. kimi mühüm hədəflərə doğru aparılan siyasətə əlavə dəstək olan bu proqram barədə ictimai məlumatlandırma da diqqətdə saxlanılır. Bu müsabiqə özünüməşğulluq proqramının icrası sahəsində aparılan işlərin jurnalistlərin maraq dairəsinə aid mövzulardan olduğunu təsdiq edir.

KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə xidmətlərin müasir və şəffaf iş üsulları üzərində qurulması üçün aparılan islahatların, aktiv məşğulluq proqramları çərçivəsində görülən işlərin KİV tərəfindən maraqla qarşılandığını və işıqlandırıldığını vurğulayıb. O, müsabiqəyə 35 KİV-in əməkdaşları tərəfindən ümumilikdə 47 yazının təqdim edildiyini diqqətə çatdırıb. V.Səfərli ekspertlər tərəfindən həmin yazıların müəyyən edilmiş meyarlara (mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, ictimai maraqların müdafiəsi) uyğunluq baxımından obyektiv qiymətləndirildiyini bildirib.

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində KİV ilə mütəmadi əməkdaşlığının təqdirəlayiq olduğunu qeyd edib. Ə.Amaşov hazırda nəticələri elan olunan bu müsabiqənin mövzusunun cəmiyyət üçün maraq kəsb edən bir mövzuya - həm sosial, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyan özünüməşğulluq proqramına həsr olunduğunu bildirib. O, müsabiqənin jurnalistlərin bu mövzuda bilik və peşəkarlıq səviyyələrinin artırılmasında önəmli rol oynadığını vurğulayıb.

Daha sonra müsabiqənin nəticələri elan olunub. Müsabiqədə birinci yer üçün bir, ikinci yer üçün iki və üçüncü yer üçün üç yazının müəlliflərinə diplom və mükafatlar, 15 yazının müəlliflərinə həvəsləndirici mükafatlar təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək