SİYASƏT


Fərid Şəfiyev: Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinə imkan yaradır. Qafqaz, Orta Asiya böyük və mühüm regionlardır. Düşünürəm ki, digər sahələrdə olduğu kimi ölkələrimiz arasında beyin mərkəzlərinin qarşılıqlı əlaqəsi çox mühümdür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev iyunun 28-də "Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri" mövzusunda keçirilən vebinarda səsləndirib.

“Dünən Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirləri ilk üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsini imzaladılar. Ümid edirik ki, tezliklə Özbəkistan da bu formata qoşulacaq”, - deyə Fərid Şəfiyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.