REGİONLAR


Fermer: Aqrar sahədə aparılan islahatlar maddi güzəranımızın gündən-günə yaxşılaşmasına şərait yaradır

Ağdaş, 15 avqust, AZƏRTAC

Əlövsət İsgəndərov Xocalıdandır. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində yurd-yuvasından didərgin düşüb və hazırda Ağdaş rayonunun Qaradağlı kəndində yaşayır. Zəhmətkeş ailədir, heyvandarlıqla məşğuldurlar. Ə.İsgəndərov bu sahə üzrə ailə-fermer təsərrüfatı yaradıb. Dövlət qayğısından bəhrələnən Əlövsət İsgəndərovun 220 baş iribuynuzlu mal-qarası vardır ki, onun da 80 başı sağılır. Özü üçün kiçik sağım məntəqəsi qurub. Təsərrüfatında 22 nəfər çalışır.

Xocalı sakini AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “İndi məni mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, təsərrüfatın daha məhsuldar inəklərlə genişləndirilməsi düşündürür. Sağ olsun dövlətimiz, bizə bu sahədə lazımi kömək göstərir. Süni mayala yolu ilə alınan hər cins buzova görə 100 manat subsidiyanın verilməsi biz fermerlər üçün böyük dəstəkdir”.

Son bir ildə süni mayalama yolu ilə doğulan 28 baş cins buzov üçün 2800 manat subsidiyanın verildiyini bildirən fermer bu gəlirin ailə büdcəsinə müsbət təsirindən də danışıb: “Prezidentimizə çox-çox minnətdarıq. Aqrar sahədə aparılan islahatlar, biz sahibkarlara göstərdiyi qayğı təsərrüfatımızı genişləndirməyə, daha yüksək nəticələrə nail olmağa, gəlirimizin, maddi güzəranımızın gündən-günə yaxşılaşmasına şərait yaradır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.