REGİONLAR


Fermerlərə yay şumunun üstünlükləri ilə bağlı təlim keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Salyan rayonunun Xalac kəndində "Yay şumunun əhəmiyyəti, təkrar əkinlərin üstünlükləri və növbəli əkinçilik sisteminin tətbiqi” mövzusunda tarla şəraitində təlim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fermer Lütfəli Ağayevə məxsus torpaq sahəsində keçirilən təlimdə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Salyan Regional Təlim Mərkəzi, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri və fermerlər iştirak ediblər.

Təlimçilər qeyd ediblər ki, taxıl biçini başa çatan kimi növbəti mövsüm və təkrar əkinlər üçün sahə hazırlıqlarına başlanılmalıdır. Mütəxəssislər fermerlərə növbəli əkinçilik sisteminin tələblərinə uyğun qısa rotasiyalı növbəli əkinlər tətbiq etməklə təkrar əkinlərə üstünlük verməyi tövsiyə edir. Tədbirdə qeyd olunub ki, ən vacib aqrotexniki tədbirlər, xüsusilə də yay şumunun keyfiyyətli aparılması növbəti təsərrüfat ilində məhsuldarlığın artırılması üçün əsas amillərdən sayılır.

Torpaqda nəmliyin qorunub saxlanması, sahədə mövcud olan xəstəlik və zərərvericilərə qarşı mübarizənin, gəmiricilərin inkişaf dinamikasının və sahədə olan alaq otlarının geniş yayılmasının qarşısının alınması üçün yay şumunun aparılması mütləqdir.

Təlimin sonunda fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və onlara müvafiq tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.