MƏDƏNİYYƏT


Fəxriyyə Xələfova “Annual Awards for Top İnfluencers-2022” nominasiyasına layiq görülüb

Paris, 2 oktyabr, AZƏRTAC

Parisdə “Beynəlxalq İnvestisiya Konqresin”də (International Investment Congress) iştirak edən Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova bu qurumun 2022-ci il üzrə “Annual Awards for Top İnfluencers-2022” nominasiyasına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, “International Investment Congress”in “Annual Awards for Top İnfluencers-2022” nominasiyasına layiq görülən Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfovanın iştirakı ilə mətbuat konfransı keçirilib.

F.Xələfova mətbuat konfransında Azərbaycan moda aləmi, özünün yaratdığı dizaynlar və parfümeriya haqqında məlumat verib. O, Konqresin növbəti tədbirini Bakıda keçirməyi təklif edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.