MƏDƏNİYYƏT


Filarmoniyada növbəti konsert Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunub

Bakı, 4 dekabr, AZƏRTAC

Dekabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) Bakı filialının professor, müəllim və tələbə heyəti ilə görüş-konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib.

Konsertdə Xalq artistləri Murad Hüseynov, Yeganə Axundova, Əməkdar artistlər Sahib Paşazadə, Səbinə Əsədova və İlham Nəzərovun ifasında Oqtay Zülfüqarovun “Şənlən mənim xalqım”, Vasif Adıgözəlovun “Qərənfil”, Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Don Kixot” əsərləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.